Norveçdə turizm bölgələrində gecəlik qalmağa vergi tətbiq olunacaq

Norveç parlamenti, bələdiyyələrin turizmdən təsirlənən bölgələrdə gecəlik qalmağa 3 faiz vergi tətbiq etməsinə imkan verən yeni qanunu təsdiqləyib.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, yeni vergi sistemi yerli idarəetmə orqanlarına vergini öz mülahizələrinə əsasən tətbiq etmək səlahiyyəti verir.
Toplanan vəsait həm turistlərə, həm də yerli əhaliyə fayda verəcək infrastruktur layihələrinin inkişafına yönəldiləcək. Bələdiyyələr bu vəsaitdən istifadə edə bilmək üçün mövcud imkanlarının kifayət etmədiyini əsaslandırmalı və layihə planlarını hökumətə təsdiqlətməlidirlər.
Norveçin Ticarət və Sənaye naziri Sesili Mürset sosial şəbəkə paylaşımında, hökumətin “Avropanın qalan hissəsi ilə uyğunlaşdırılmış” turizm vergisinin tətbiqinə dair “tarixi bir razılıq” əldə etdiyini bildi
rib.