Azərbaycan neftinin qiyməti son iki ayda ilk dəfə 70 dolları ötüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti son iki ayda ilk dəfə 70 dolları ötüb

13:38 - Bu gün
Azərbaycan neftinin qiyməti son iki ayda ilk dəfə 70 dolları ötüb

Azərbaycan neftinin qiyməti aprel ayından sonra ilk dəfə 70 dolları ötüb.

1news.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,92 ABŞ dolları və ya 1,3 % artaraq 70,16 ABŞ dollarına çatıb.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69,24 ABŞ dolları təşkil edib. "Azeri Light"in qiyməti sonuncu dəfə bu ilin aprel ayının 4-də 70 dollardan yuxarı olub və 73,49 dollar təşkil edib.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər