İki gün ərzində paytaxtdan bölgələrə 600-dən çox reys həyata keçirilib

İyunun 5-6-da paytaxtdan bölgələrə 20554 sərnişin daşınıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən 1news.az-a bildirilib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) müxtəlif istiqamətlərə 605 reys həyata keçirilib.
Adi günlərdə xətlərə 200-ə yaxın reys çıxarılırsa, gücləndirilmiş rejimin hər günü əlavə olaraq 100-dən çox reys buraxılıb. Ümumilikdə iki gün ərzində BBAK-dan 205 əlavə reys həyata keçirilib.
Sərnişinlərin 38 faizi biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib.
İstirahət günlərində vətəndaşların daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaları üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.
74