Əli Əsədov: 2021-ci ildə xarici ticarət dövriyyəmiz təxminən 35,6 milyard ABŞ dollarına çatıb
2021-ci ildə xarici ticarət dövriyyəmiz təxminən 35,6 milyard ABŞ dollarına çatıb, müsbət ticarət saldosu 12,1 milyard ABŞ dollarını ötüb.
2020-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 46,9 faiz real ifadədə 5 faiz artıb.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu sözləri Baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zaman deyib.
Baş nazir qeyd edib ki, ixracın real artımı 17 faiz olub, idxal isə 10 faiz azalıb. Qeyri-neft ixracı 2,7 milyard ABŞ dolları təşkil etməklə real ifadədə 38,4 faiz artıb.
Ötən il ərzində vergi və gömrük daxilolmaları üzrə yığımlar proqnozdan 1,7 milyard manatdan çox olub ki, bu vəsait də Prezidentin qeyd etdiyi kimi, 2022-ci ilin dövlət büdcəsinin sosialyönümlü xərclərinin artımına yönəldilib.