Ceyhun Bayramov Avropa Şurasının Baş katibi ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov Avropa Şurasının Baş katibi ilə görüşüb

13:56 - 04 / 04 / 2022
Ceyhun Bayramov Avropa Şurasının Baş katibi ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinnoviç Buriç ilə görüşüb.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, tərəflər Azərbaycan ilə Avropa Şurası arasında qarşılıqlı əməkdaşlığın hazırkı durumu və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Azərbaycanın AŞ ilə 21 illik əməkdaşlıq çərçivəsinə nəzər yetirib, bu günədək 65 müqavilənin imzalanıb, ratifikasiya edildiyi, əlavə olaraq 7 müqavilənin imzalandığını qeyd edib. AŞ-Azərbaycan arasında öncəki Fəaliyyət Planları çərçivəsində qarşılılıq əməkdaşlığın əhəmiyyəti, habelə Azərbaycanın ehtiyacları və AŞ-nın tövsiyələri əsasında işlənib hazırlanan və ümumi əməkdaşlıq çərçivəsini təşkil edəcək yeni, 2022-2025-ci illər üzrə Fəaliyyət Planı vurğulanıb.

Baş katib Mariya Peyçinoviç Buriç AŞ Baş katibi qismində ölkəyə ilk dəfə səfər etdiyini və bu çərçivədə dövlət başçısı ilə görüşün baş tutduğunu bildirib. Baş katib səfəri çərçivəsində AŞ-Azərbaycan 2022-2025 Fəaliyyət Planının təsis görüşündə iştirak edəcəyini məmnunluqla qeyd edib.

Nazir Ceyhun Bayramov AŞ rəsmisinə bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, üçtərəfli bəyanatların icrası və bu xüsusda, Azərbaycan tərəfindən atılan addımlar, delimitasiya prosesi, habelə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidən quruculuq işləri ilə bağlı ətraflı məlumat verib. Nazir, Azərbaycanın azad olunmuş ərazilərində mina təhlükəsinin doğurduğu ağır fəsadlardan, eləcə də Azərbaycan Hökumətinin həyata keçirdiyi humanitar minadan təmizləmə işlərindən bəhs edib. AŞ Baş katibinin diqqətinə, hələ 1990-cə illərin əvvəllərindən itkin düşən 4000-ə yaxın azərbaycanlının taleyi ilə bağlı Ermənistan tərəfindən hər hansı məlumatın verilmədiyi çatdırılıb. Azad olunmuş ərazilərdə aşkar olunan kütləvi məzarlıqların Ermənistan tərəfindən azərbaycanlıların sistematik şəkildə və məqsədyönlü öldürüldüyü və bu barədə məlumatın gizlədildiyinin sübutunu təşkil etdiyi bildirilib.

Nazir Ceyhun Bayramov bölgənin gələcək inkişafı ilə bağlı Azərbaycanın baxışlarını həmsöhbəti ilə bölüşüb. Beynəlxalq hüququn prinsipləri əsasında münasibətlərin normallaşması, o cümlədən sərhədlərin delimitasiyası və bütün kommunikasiyaların açılmasının, üçtərəfli bəyanatların müddəalarının tam yerinə yetirilməsinin bölgədə sülh, sabitlik və tərəqqinin təmin edilməsi üçün vacib olduğu vurğulanıb.

Görüşdə tərəflər, regional və beynəlxalq gündəliyin aktual məsələləri, Ukraynada və ətrafındakı vəziyyəti, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

1news.az

Paylaş:
318

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər