Ceyhun Bayramov Aİ nümayəndəsi ilə Azərbaycan-Ermənistan sülh sazişinin hazırlanmasını müzakirə edib | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov Aİ nümayəndəsi ilə Azərbaycan-Ermənistan sülh sazişinin hazırlanmasını müzakirə edib

S.Xankişiyeva17:32 - 19 / 04 / 2022
Ceyhun Bayramov Aİ nümayəndəsi ilə Azərbaycan-Ermənistan sülh sazişinin hazırlanmasını müzakirə edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında görüş olub.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Tərəflər Aİ Şurası Prezidentinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin 6 aprel tarixli Brüssel görüşünün davamı olaraq, bölgədə mövcud olan cari vəziyyət, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, o cümlədən Brüssel görüşündə əldə edilən razılıqların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün normallaşma istiqamətində irəliləmə, o cümlədən delimitasiya prosesinin başlanması, sülh sazişinin hazırlanması, humanitar addımların davam etdirilməsi və bütün kommunikasiya xətlərinin açılmasının vacibliyi vurğulanıb.

Paylaş:
317

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər