Hesablama Palatası yoxlama apardığı qurumların sayını açıqlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Hesablama Palatası yoxlama apardığı qurumların sayını açıqlayıb

12:01 - 20 / 04 / 2022
Hesablama Palatası yoxlama apardığı qurumların sayını açıqlayıb

Hesablama Palatası 2021-ci ildə 46 kənar dövlət maliyyə nəzarəti (42 audit, 2 anailitk fəaliyyət, 2 moitorinq) həyata keçirib.

1news.az xəbər verir ki, bu, Hesablama Palatasının 2021-ci il üzrə fəaliyyət hesabatında yer alıb.

Hesabat ilində Hesablama Palatasının həyata keçirdiyi 42 auditlə tabelikdə olan qurum və müəssisələr, həyata keçirilən layihələr də daxil olmaqla, ümumilikdə 500-dən çox obyekt əhatə edilib. Hesabatda 2021-ci ilin İş planı üzrə nəzərdə tutulmuş və nəticələrinə dair qərar qəbul olunmuş 46 nəzarət tədbirinə dair məlumatlar əks etdirilib. Audit və analitik fəaliyyəti əhatə edən 44 kənar dövlət maliyyə nəzarətindən (KDMN) 32% nəzarət tədbiri ilk dəfə keçirilib.

KDMN obyektləri arasında 3 ali kateqoriya dövlət orqanı, 8 mərkəzi icra hakimiyyəti orqanı və 1 digər dövlət orqanı, 7 publik hüquqi şəxs, 7 dövlət mülkiyyətində olan və dövlət səhmi olan müəssisə, 3 elm müəssisəsi, digərləri isə mərkəzi icra hakimiyyəti orqanının tabeliyində olan təşkilatlar və müxtəlif təşkilati-hüquqi formaya malik qurumlar olub.

1news.az

Paylaş:
291

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər