Strasburqda dinlərarası dialoqa həsr edilmiş konfrans keçirilir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Strasburqda dinlərarası dialoqa həsr edilmiş konfrans keçirilir - FOTO

S.Xankişiyeva12:06 - 02 / 05 / 2022
Strasburqda dinlərarası dialoqa həsr edilmiş konfrans keçirilir - FOTO

Avropa İttifaqının üç paytaxtından biri olan Strasburq şəhərində İtaliyanın Avropa Şurası Nazirlər Kabinetinə sədrliyi çərçivəsində dinlərarası dialoqa həsr edilmiş “Din və sülh, din və insan hüquqları üzrə dinlərarası dialoq” adlı konfrans keçirilir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, tolerantlıq məkanı kimi tanınmış Azərbaycan konfransda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur. Avropa Şurası Nazirlər Komitəsinə İtaliyanın sədrliyi çərçivəsində təşkil edilmiş və Avropa Şurası Baş katibinin müavini Byorn Berjenin moderatorluğu ilə keçirilən konfransda Avropa Şurasına üzv dövlətlərin dini rəhbərləri, eləcə də bir çox Avropa universitetlərinin din azadlığı üzrə professorları iştirak edirlər.

Tədbirdə əvvəlcə birgə foto çəkdirildi.

Konfransda Avropa Şurası çərçivəsində dinlərarası dialoqun Strasburq Prinsipləri ətrafında müzakirələr aparılacaq, dini rəhbərlərin fikirləri dinləniləcək.

Strasburq Prinsiplərində qeyd edilir ki, dinlər insanların dini təmayülündən asılı olmayaraq, onların kimliyinin tərkib hissəsi kimi mühüm rol oynayır. Hər bir demokratik cəmiyyətin əsasında fikir, vicdan və din azadlığına hörmət durur. Din və etiqad azadlığı insan hüquqlarının təməl daşlarından biridir. Müvafiq qanunlar və onların səmərəli icrası və onlara riayət olunması dinindən və etiqadından asılı olmayaraq, insanlara qarşı ayrı-seçkilik etmədən birlikdə dinc yanaşı yaşamaq üçün vacib amildir. Avropa İnsan Hüquqları Konvensiyasının 9-cu maddəsində təsbit edildiyi kimi fikir, vicdan və din azadlığı dindarlar, eləcə də dini mənsubiyyəti və dinə aidiyyatı olmayanlar üçün də əsas hüquqdur. Bu gün Avropada dini mənzərə sürətlə inkişaf edərək, dinlərarası və dinlərdaxili müxtəliflik məkanını daha da genişləndirir. Dinlərarası və mədəniyyətlərarası dialoq Avropa cəmiyyətində qarşılıqlı anlaşma, hörmət və əməkdaşlığı gücləndirməyə töhfə verir. Dini liderlər və dindarlar arasında insan ləyaqətinə, insan hüquqlarına və əsas azadlıqlara, demokratik prinsiplərə və qanunun aliliyinə hörmətə əsaslanan dinlərarası dialoq ayrı-seçkiliyə qarşı mübarizəni, qarşılıqlı hörmət, barışıq və sülhü təşviq etmək üçün zərurətdir.

Dini radikalizm və ekstremizm dinin düzgün başa düşülməsinə və tətbiq edilməsinə ziddir. Dini radikalizm və ekstremizm dindən gizli məqsədlər daşıyır, zorakılıq və münaqişələrə təhrik etmək üçün vasitəçilik edir. Belə zorakılıq bütün cəmiyyətə təsir edir. Belə zorakılığı pisləyərkən, din adına törədildikdə ona qarşı mübarizə apararkən, dini icmanın bütün üzvlərinin stiqmatiz edilməsinə yol verilməməlidir.

Fikir və söz azadlığına hər zaman başqalarına və ictimai asayişə hörmətlə yanaşaraq, dinin müəyyən aspektlərinə tənqidi yanaşmaq hüququ daxildir. Dövlət müxtəlif dinlər, konfessiyalar və etiqadlarla münasibətlərdə tənzimləmə səlahiyyətlərini həyata keçirərkən dini və ya konfessiya xarakterli mübahisələrdə iştirakdan çəkinərək, neytrallığı və qərəzsizliyi qorumağa borcludur. Dini konfliktlərlə qarşılaşdıqda siyasi hakimiyyətin rolu qanuna uyğun həll yolları axtarmaq, dini icmaları qanuna və bir-birinə hörmət etməyə çağırmaqdır.

2000-ci ildən Avropa Şurası Avropa cəmiyyətlərində qarşılıqlı hörməti, sülhü daha çox inkişaf etdirmək məqsədilə dinlərarası dialoqun asanlaşdırılmasında fəal iştirak edir. Bu təcrübəyə əsaslanaraq, konfrans gələcək fəaliyyətləri istiqamətləndirməyə töhfə verməsi mümkündür.

Xatırladaq ki, mədəniyyətlər və dinlər arasında dialoq sahəsində daha konkret fəaliyyətlərə başlamaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülmüş “Bakı Prosesi” bütün dünyada mühüm platformaya çevrilib. Əsas məqsədi mədəniyyətlər və dinlərarası dialoqu təşviq etmək olan, müntəzəm olaraq dünya ölkələrinin siyasi və dini liderlərinin bir araya gətirən “Bakı Prosesi” 2010-cu ildə regional təşəbbüsdən qlobal təşəbbüsə çevrilib. Azərbaycanın dinlərarası dialoq sahəsindəki təcrübəsi bütün dünya ölkələri üçün nümunədir.

Paylaş:
350

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər