Madriddə futbol şousu: “Real” möhtəşəm geridönüşlə finalda “Liverpul”a rəqib oldu - VİDEO | 1news.az | Xəbərlər
Futbol

Madriddə futbol şousu: “Real” möhtəşəm geridönüşlə finalda “Liverpul”a rəqib oldu - VİDEO

09:25 - 05 / 05 / 2022
Madriddə futbol şousu: “Real” möhtəşəm geridönüşlə finalda “Liverpul”a rəqib oldu - VİDEO

Çempionlar Liqasında yarımfinal mərhələsinin ikinci cavab görüşü keçirilib.

1news.az xəbər verir ki, "Real" ilk oyunda 3:4 hesabı ilə uduzduğu "Mançester Siti"ni qəbul edib.

Görüş dramatik məcrada keçib. Oyunda hesabı qonaqlar açıb və matçın son dəqiqələrinə qədər üstünlüyünü qoruyub. Ancaq Madrid klubunun hücumçusu Rodriqo 90 və 90+1-ci dəqiqələrdə dubl edərək komandasını məğlubiyyətdən xilas edib, görüş əlavə vaxta gedib. Əlavə vaxtda isə Kərim Benzema penaltidən fərqlənib və "Real" möhtəşəm geridönüşlə finala yüksəlib.

Karlo Ançelottinin komandası finalda iki oyunun nəticəsinə görə "Vilyarreal"ı mübarizədən kənarlaşdıran (2:0 və 3:2) "Liverpul"la üz-üzə gələcək.

Qeyd edək ki, həlledici oyun mayın 28-də Fransanın paytaxtı Parisdəki "Stad de Frans"da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

UEFA Çempionlar Liqası, yarımfinal

Cavab oyunu

4 may

23:00. "Real" (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 3:1

Qollar: Mahrez, 73 (0:1), Rodriqo, 90 (1:1), 90+1 (2:1), Benzema, 95-pen. (3:1)

Baş hakim: Daniele Orsato (İtaliya)

Madrid, "Santyaqo Bernabeu" stadionu.

İlk oyun - 3:4

1news.az

Paylaş:
356

Sizin üçün xəbərlər

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər