Tovuz klubu Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb

Qadın voleybolçulardan ibarət "Turan" (Tovuz) komandası Bolqarıstanın "Maritsa" kollektivini 3:0 hesabı ilə məğlub edərək Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib.
AZƏRTAC-ın məlumatına görə, III təsnifat mərhələsinin cavab oyunu Tovuz Olimpiya İdman Kompleksində keçirilib.
Azərbaycan çempionu səfərdə baş tutan ilk görüşdə də rəqibinə 3:0 hesabı ilə qalib gəlmişdi.
64











