Azərbaycan və Uruqvay XİN-ləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Uruqvay XİN-ləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib

10:12 - 14 / 05 / 2022
Azərbaycan və Uruqvay XİN-ləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib

11 may 2022-ci il tarixində Uruqvayın paytaxtı Montivideo şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Uruqvay Xarici İşlər Nazirliyi arasında növbəti (ikinci) siyasi məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat idarəsindən verilən xəbərə görə, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Uruqvay tərəfindən isə bu ölkənin xarici işlər nazirinin müavini Karolina Açe Batye rəhbərlik ediblər.

Siyasi məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti, habelə siyasi, iqtisadi, kənd təsərrüfatı, nəqliyyat, enerji və humanitar sahələrdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

Nazir müavini E.Məmmədov Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni siyasi reallıqlar, azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri barədə Azərbaycan tərəfindən həyata keçirilən tədbirlər və irimiqyaslı layihələr haqqında qarşı tərəfə ətraflı məlumat verib, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin Uzaq Şərq-Orta Asiya-Avropa arasında ticarət əlaqələrinin artırılması baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Tərəflər, həmçinin regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivlərinin inkişafına dair fikir mübadiləsi aparıblar.

Həmin gün xarici işlər nazirinin müavini Elnur Məmmədov Uruqvay Parlamentinin Nümayəndələr Palatasının xarici əlaqələr komissiyasının Uruqvay - Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşüb.

Görüş zamanı parlamentlərarası münasibətlərin genişləndirilməsi, ikitərəfli əməkdaşlığın inkişafı, Cənubi Qafqaz regionunda gedən proseslər və digər qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
273

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər