Paşinyan bu gün Moskvaya gedir - Putinlə görüşəcək | 1news.az | Xəbərlər
Siyasət

Paşinyan bu gün Moskvaya gedir - Putinlə görüşəcək

10:52 - 16 / 05 / 2022
Paşinyan bu gün Moskvaya gedir - Putinlə görüşəcək

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün - mayın 16-da Rusiya Federasiyasına işgüzar səfərə gedəcək.

1news.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Paşinyan Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTMT) Şurasının iclasında iştirak edəcək.

Onun Rusiya prezidenti Vladimir Putinlə ayrıca görüşü də gözlənilir.

1news.az

Paylaş:
494

Son xəbərlər

Bütün xəbərlər