İordaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb | 1news.az | Xəbərlər
Rəsmi

İordaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

17:21 - 27 / 05 / 2022
İordaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Prezident İlham Əliyevə təbrik ünvanlayıb.

1news.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından Sizə və böyük Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzu edirəm".

1news.az

Paylaş:
363

Son xəbərlər

Bütün xəbərlər