Azərbaycan və Tacikistan Müdafiə nazirliklərinin nümayəndə heyətlərinin görüşü keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan və Tacikistan Müdafiə nazirliklərinin nümayəndə heyətlərinin görüşü keçirilib

1news Redaksiyası16:26 - Bu gün
Azərbaycan və Tacikistan Müdafiə nazirliklərinin nümayəndə heyətlərinin görüşü keçirilib

“Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq Planı"na əsasən "PUA bölmələrin, ordu dronlarının və dron operatorların hazırlığı sahəsində təcrübə mübadiləsi" mövzusunda görüş keçirilib. 

1news.az xəbər verir ki, görüş qonaqlara Azərbaycan Ordusunun PUA sahəsində mövcud imkanları və perspektivləri barədə təqdimatlar nümayiş etdirilib. 

Azərbaycan Ordusunun Vətən müharibəsi və sonrakı dövrlərdə keçirilən əməliyyatlar zamanı bu sahədə əldə etdiyi uğurlar barədə danışılıb. 

Tərəflər müvafiq sahənin inkişafı istiqamətində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Paylaş:
90

Son xəbərlər

Bütün xəbərlər