COP31-də Azərbaycan pavilyonunda mühüm iqlim müzakirəsi: erkən xəbərdarlıq sistemlərinə regional baxış | 1news.az | Xəbərlər
Cəmiyyət

COP31-də Azərbaycan pavilyonunda mühüm iqlim müzakirəsi: erkən xəbərdarlıq sistemlərinə regional baxış

1news Redaksiyası13:32 - Bu gün
COP31-də Azərbaycan pavilyonunda mühüm iqlim müzakirəsi: erkən xəbərdarlıq sistemlərinə regional baxış

Antalyada keçirilən COP31 çərçivəsində Azərbaycan pavilyonunda “Türk dövlətlərində təsirə əsaslanan proqnozlaşdırma və erkən xəbərdarlıq” mövzusunda tədbir təşkil olunub.

Bu barədə 1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Tədbirdə ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov, Türk Dövlətləri Təşkilatının Macarıstandakı nümayəndəliyinin icraçı direktoru Balaj Hendrix və Ümumdünya Meteorologiya Təşkilatının İnkişaf Tərəfdaşlıqları və Proqramların İcrası Departamentinin direktoru Daniel Kull çıxış ediblər. Çıxışlarda iqlim dəyişmələrinin yaratdığı daşqın, quraqlıq, fırtına, güclü və intensiv yağıntı kimi risklərə qarşı erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsinin və regional əməkdaşlığın əhəmiyyəti vurğulanıb, Türk Dünyası Meteorologiya Birliyinin bu sahədə əlaqələndirici platforma kimi rolu qeyd edilib.

Tədbir çərçivəsində “Çoxtəhlükəli erkən xəbərdarlıq sistemlərinə regional baxış” mövzusunda panel sessiyası keçirilib. Sessiyada müasir proqnozlaşdırma texnologiyalarının tətbiqi, monitorinq imkanlarının genişləndirilməsi və məlumat mübadiləsi məsələləri müzakirə olunub.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər