Ceyranlar və bezoar keçiləri tarixi areallarına qaytarılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Ceyranlar və bezoar keçiləri tarixi areallarına qaytarılır

1news Redaksiyası15:45 - Bu gün
Ceyranlar və bezoar keçiləri tarixi areallarına qaytarılır

Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərində vəhşi heyvanların tarixi areallarına qaytarılması və populyasiyalarının bərpası istiqamətində reintroduksiya tədbirləri həyata keçirilib.

1news.az xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev bildirib ki, “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində Şirvan Milli Parkından götürülmüş 10 baş ceyran Arazboyu Dövlət Təbiət Yasaqlığının ərazisinə buraxılması üçün Naxçıvan Muxtar Respublikasına göndərilərək aidiyyəti üzrə təhvil verilib.

Xidmət rəisinin sözlərinə görə, akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkından götürülmüş 4 baş bezoar keçisi isə İlisu Milli Parkına gətirilərək təbiətə buraxılıb.

Qeyd edək ki, heyvanların daşınması “Silk Way Airlines” şirkətinin dəstəyi ilə həyata keçirilib.

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər