Arzuları yarımçıq qalan uşaqlar - Erməni təcavüzünün azyaşlı qurbanları | 1news.az | Xəbərlər
Köşə

Arzuları yarımçıq qalan uşaqlar - Erməni təcavüzünün azyaşlı qurbanları

Qafar Ağayev17:53 - 01 / 06 / 2022
Arzuları yarımçıq qalan uşaqlar - Erməni təcavüzünün azyaşlı qurbanları

Bu gün 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın bir çox yerində olduğu kimi ölkəmizdə də bu gün qeyd olunur.

Bu gün hamı əlindən gəldiyi qədər gələcəyimiz olan uşaqların üzünü güldürməyə çalışır. Bu özəl gündə uşaqlar öz arzularını dilə gətirir, gələcəkdə hansı peşəyə sahib olmaqla bağlı istəklərini bildirirlər.

Bununla yanaşı, arzuları Ermənistanın illərlə Azərbaycana qarşı təcavüzü nəticəsində arzuları, istəkləri yarımçıq qalan uşaqlar da var. Adları tarixə soyqırım törən xalq kimi keçən Ermənilər həm birinci Qarabağ müharibəsi, həm də ikinci Qarabağ müharibəsi zamanı uşaqları, körpələri hədəf almaqdan çəkinmədilər. Birinci Qarabağ müharibəsində 10 minlərlə uşaq məcburi köçkün həyatı yaşamağa məcbur oldular. Ermənilər Xocalıda, Qarabağda törətdikləri vəhşilikləri Vətən Müharibəsi zamanı da təkrarladırlar. Vətən müharibəsi zamanı məğlubiyyətə uğrayan ermənilər, Azərbaycan Ordusu ilə qarşı-qarşıya gəlmək əvəzinə, döyüşlərin getdiyi ərazilərdən uzaqda, mülki əhalinin yaşadığı Azərbaycan şəhər və rayonlarını raketlərlə hədəf aldı. Xocalı soyqırımında 63 uşağı öldürən, 100-lərlə uşağı valideynsiz qoyan ermənilər İkinci Qarabağ müharibəsi zamanı da atdıqları raketlərlə 12 uşağın həyatına son qoydular. O uşaqlar ki, onların gələcək planları var idi, bəlkə də onlardan hansısa gələcəyin alimi, polisi, rəssamı, futbolçusu, müəllimi, idmançısı və s. olacaqdı.

“Uşaqlar gələcəyimizdi” cümləsi heç də hədər yerə deyilən cümlə deyil. Birinci Qarabağ müharibəsi zamanı məcburi köçkün həyatına, müharibənin çətinliyinə, valideyn itkisinə məruz qalan həmin o uşaqlar illər sonra ikinci Qarabağ müharibəsində döyüşərək topraqlarımızı düşmən torpaqlarımızı düşmən tapdağından azad etdilər. 30 il əvvəl müharibənin çətinliyi ilə qarşı-qarşıya qalan o uşaqlar bu gün ölkəmizin inkişafı, güclənməsi üçün əllərindən gələni edirlər.

Vətən müharibəsi zamanı erməni raketinin hədəfi olan Şəhriyar Qurbanov və Fidan Qurbanova, Fərid İsgəndərov, Orxan Xəlili, Məryəm Xəlili, Mədinə Şahnəzərli, Narin Xaliqova, Nigar Əsgərova, Artur Mayakov, Orxan İsmayılzadə, Aysu İsgəndərova və Şahmalı Rəhimov yaşasaydı, onlar da böyük uğurlara imza atacaqdı.

Xatırladaq ki, 2020-ci il sentyabrın 28-də Naftalan şəhərinin Qaşaltı kəndində 12 yaşlı Şəhriyar Qurbanov və onun 14 yaşlı bacısı Fidan Qurbanova Ermənistan silahlı qüvvələrinin atəşə tutduğu evlərindəcə həlak olublar.

Oktyabrın 4-də Azərbaycanın Ağcabədi rayonunun Taynaq kəndinin atəşə tutulması nəticəsində 14 yaşlı Fərid İsgəndərov həlak olub.

Ən böyük insan itkiləri Gəncəyə - xüsusən də oktyabrın 17-nə keçən gecə endirilən raket zərbələri ilə bağlıdır. Döyüş bölgəsindən onlarla kilometr aralıda yerləşən şəhərdə həmin gecə erməni hərbi cinayətkarları 6 uşağın ölümünə səbəb oldu. Onların arasında 11 yaşlı Orxan Xəlilli, 6 yaşlı Məryəm Xəlilli, bir yaşlı Mədinə Şahnəzərli də var, 10 aylıq Narin Xaliqova var idi. Nigar Əsgərova isə həlak olduğu gün 15 yaşını qeyd edirdi.

Gəncədə erməni terrorunun qurbanı olan uşaqlar arasında vətəni Azərbaycana bibisi ilə qalmaq üçün gələn 13 yaşlı Rusiya vətəndaşı Artur Mayakov da var. Oktyabrın 17-də atışma zamanı Artur ağır yaralanıb. O, dağıntılar altından sağ çıxarılsa da, aldığı xəsarətlərdən bir həftə sonra xəstəxanada dünyasını dəyişib.

Oktyabrın 24-də Tərtər rayonunun Kəbirli kəndinə raket hücumu nəticəsində 16 yaşlı Orxan İsmayılzadə, oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinin atəşə tutulması zamanı 7 yaşlı Aysu İsgəndərova həlak olub. 16 yaşlı Şahmalı Rəhimov isə Bərdə rayonunun Yeni Ayrıca kəndi atəşə tutulması nəticəsində dünyasını dəyişib.

Onların hamısının gələcəklə bağlı arzuları var idi, erməni raketinə tuş gəlməsəydilər indi onlara da bayram hədiyyəsi alırdılar, arzularının arxasınca qaçırdılar. Bəzən ədalətdən, beynəlxalq hüquqdan danışan dünya birliyi nədənsə ermənilərin törətdikləri soyqırımları, vəhşilikləri görməzdən gəlir. Cəzasız qalan ermənistan isə öz qanunsuz əməllərinə davam edir.

Paylaş:
4127

Sizin üçün xəbərlər

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər