“Gabala Hospitality Group” növbəti ənənəvi illik ağacəkmə aksiyasını gerçəkləşdirdi - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Gabala Hospitality Group” növbəti ənənəvi illik ağacəkmə aksiyasını gerçəkləşdirdi - FOTO - VİDEO

12:54 - Bu gün
“Gabala Hospitality Group” növbəti ənənəvi illik ağacəkmə aksiyasını gerçəkləşdirdi - FOTO - VİDEO

21 noyabr 2025-ci il tarixində “Gabala Hospitality Group” (GHG) korporativ sosial məsuliyyət strategiyası çərçivəsində növbəti illik ağacəkmə aksiyasını həyata keçirdi.

Artıq ənənə halını almış aksiyanın davamı olaraq təşkil edilən bu təşəbbüs, şirkətin ətraf mühitə sayğısının ifadəsi, bölgənin ekosisteminin qorunması və yaşıllaşdırılması istiqamətində atdığı ardıcıl addımlardan biri kimi diqqət çəkir.

Aksiyada “Gabala Hospitality Group”-a daxil olan bütün şirkətlərin əməkdaşları fəal şəkildə iştirak edərək birlikdə daha yaşıl və dayanıqlı gələcək üçün töhfə verdilər. Tədbir zamanı mindən artıq göyrüş və ağcaqayın ağacları “Ekologiya və Təbbi Sərvətlər Nazirliyi Meşələrin inkişafı xidməti”ndən əldə edilərək müvafiq ekspert dəstəyi ilə Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksi ətrafındakı meşəyanı ərazilərə əkildi.

GHG-nin Baş İcraçı Direktoru Şəbnəm Fərman aksiyada çıxışı zamanı şirkətin dayanıqlılıq prinsiplərinə və sosial məsuliyyətinə toxunaraq bildirib:

“Bizim üçün təbiətin qorunması yalnız bir vəzifə deyil, həm də dəyərdir. Yaşadığımız bölgənin gözəlliyini qorumaq və gələcək nəsillərə sağlam ekoloji mühit ötürmək bizim missiyamızın əsas hissəsidir. Bu cür təşəbbüslər hər birimizin təbiətə bağlılığı gücləndirir və kollektiv məsuliyyət hissini artırır. Bu il ilk dəfə olaraq bizə qoşulan könüllülərimizə fəal istiraklarına görə təşəkkür edirik, bu təşəbbüs bizim üçün çox dəyərlidir.”

Aksiyanın məqsədi yalnız yeni ağacların əkilməsi deyil, həm də cəmiyyətdə ekoloji həssaslığın artırılması, təbiətə dəyərin və məsuliyyət hissinin daha geniş təbliğidir.

Şirkət növbəti illərdə də ekoloji yönümlü layihələrini genişləndirməyi və bölgənin təbii sərvətlərinin qorunmasına istiqamətlənmiş fəaliyyətlərini davam etdirməyi planlaşdırır.

“Gabala Hospitality Group” ölkənin ən böyük turizm menecementi şirkətlərindən biridir. Şirkətin portfelinə “Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksi”, ilk milli beş ulduzlu hotellər şəbəkəsi olan “Qafqaz Hotels&Resorts”, “Gabaland” Əyləncə Mərkəzi, peşəkar atıcılıq mərkəzi olan “Qəbələ Atıcılıq Klubu” və ölkədə ilk və tək raftinq mərkəzi olan “Rafting Gabala” aiddir.

Reklam hüququnda

Paylaş:
97

Son xəbərlər

Bütün xəbərlər