Kəlbəcərdə daha 27 ailəyə mənzillərinin açarları təqdim edilib - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Kəlbəcərdə daha 27 ailəyə mənzillərinin açarları təqdim edilib - FOTO - YENİLƏNİB

16:36 - Bu gün
Kəlbəcərdə daha 27 ailəyə mənzillərinin açarları təqdim edilib - FOTO - YENİLƏNİB

İşğaldan azad olunmuş torpaqlara keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün köç karvanı ilə yenidən qurulan Kəlbəcər şəhərinə çatan ailələrə mənzillərinin açarları təqdim olunub.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə - 112 nəfər köçürülüb. Kəlbəcərə köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Ailələrə evlərinin açarlarının təqdimatı mərasimində Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Kəlbəcər şəhərində daimi yaşayış üçün köçürülən ailələr yeni tikilmiş binalarda mənzillərlə təmin olunub.

***

09:02

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə - 112 nəfər köçürülüb.

Kəlbəcər şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Paylaş:
278

Son xəbərlər

Bütün xəbərlər