Kəlbəcərdə yayılan videosu ilə hər kəsi duyğulandıran şəxs 1news.az-a danışdı - FOTO - MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

Kəlbəcərdə yayılan videosu ilə hər kəsi duyğulandıran şəxs 1news.az-a danışdı - FOTO - MÜSAHİBƏ

12:38 - 30 / 06 / 2022
Kəlbəcərdə yayılan videosu ilə hər kəsi duyğulandıran şəxs 1news.az-a danışdı - FOTO - MÜSAHİBƏ

Xəbər verildiyi kimi, Kəlbəcər sakini Vasif Qurbanovun doğulduğu Yuxarı Buludlu kəndinə gedərkən çəkdiyi video gündəm olub. Ağlayaraq uşaqlıq dostlarını, qonşularını çağıran Vasif hönkürtü ilə ağlayır, keçmiş günlərini xatırlayır.

30 illik doğma yurd həsrəti ilə hər kəsi kövrəldən V.Qurbanov 1news.az-a müsahibə verib. 13 yaşında tərk etdiyi doğma yurduna 43 yaşında dönən V.Qurbanov müsahibəsində Kəlbəcərə qayıdan zaman keçirdiyi hislərdən danışıb, səfərlə bağlı təəssüratlarını bölüşüb.

Müsahibəni təqdim edirik:

- İstərdim əvvəlcə özünüzü təqdim edəsiniz. Harada doğumusunuz, neçə yaşınız var?

- Mən, Vasif Qurbanov, 1978-ci il dekabrın 8-də Kəlbəcərdə anadan olmuşam. Kəlbəcər rayon 2 nömrəli məktəbdə təhsil almışam. İşğal olunan günə kimi orada oxumuşam. Kəlbəcər işğal olunanda mənim 13 yaşım var idi. 13 yaşımda məcburi şəkildə doğma ata-baba yurdumu tərk etdim. 30 ildən sonra ilk dəfə 43 yaşımda doğma ocağıma döndüm. 30 ildə onları tək qoyub gəldiyim üçün ruhlarından üzr istədim...

-İlk dəfə 30 ildən sonra böyüyüb boya-başa çatdığınız ata evinə dönmək necə bir hiss idi?

- Addım-addım küçəmizə doğru hərəkət etdikcə bütün uşaqlığım gözlərimdə canlandı. Mehriban qonşularımız, səsli-küylü həyətimiz, uşaqlarla oynamağım və beynimdə canlandırdığım digər xəyallar məni düz qapımıza qədər gətirib çıxardı. Mən itirilmiş izləri axtara-axtara elə hesab edirdim ki, məni orada qonşularımız, əzizlərim, doğmalarım qarşılayır. Çatan kimi ilk olaraq əzizlərimin məzarını ziyarət etdim. Məzar daşları, qəbirlər vəhşicəsinə dağıdılmışdı. O məzarların önündə namaz qılıb, dua etdim. 30 ildə onları tək qoyub gəldiyim üçün ruhlarından üzr istədim...(ağlayır...)

Daha sonra evimizə sarı yolandım və mənə anam qədər mənə əziz olan dünyasını dəyişən Firəngiz xanım və qardaş qədər əziz olan Ziyəddin kişinin həyətinə çatanda elə bildim ki, onlar mənə qucaq açdılar. Mən uşaq olanda onun oğlu İsmayılla onların həyətində oynayardım və Firəngiz xala hər gün bizə bişirdiyi isti təndir çörəyi ilə pendir yedirdərdi. Çox təəssüf ki, bütün bunlar xəyala çevrildi. Mən ora özüm qəsdən tək getdim ki, onların ruhu ilə rahat danışım. Yanımda adam olsaydı danışa bilməzdim. Həmin günün gecəsini də getdim və orada bir gün qaldım. Başımı daşa qoyub yatmazdan əvvəl onların ruhları ilə dərdləşdim və 30 ilin həsrətini bölüşdüm.

Qonşumuz Ziyəddin kişi Qarabağ qazisi idi. Düzdür, Kəlbəcərin işğaldan azad olunması xəbərini eşitdi, amma amansız xəstəlik ona macal vermıdi ki, doğma yurduna ayaq bassın. Evimin yolunu göstərməyə çalışsalar da, buna imkan vermədim.

- Məlumdur ki, erməni vandalları torpaqlarımızı işğal etdikləri dövrdə orada misli görülməmiş vəhşiliklər törətdilər. Ərazilərimizi tanınmaz hala saldılar. Siz doğma evinizi necə tapa bildiniz?

- Məni oranı tanıyan insanlar qarşıladı. Qarabağ qazisi, mənim həmyerlim İlqar bəy məni orada qarşıladı. Kəlbəcərin girişinə şəhid qardaşım Zimistan Qurbanovun plakatını qoyublar. Şəhid qardaşı olduğum üçün orada məni bayraqlarla qarşıladılar. Mənə evimizin yolunu, yerini göstərməyə çalışsalar da, buna imkan vermədim. Çünki 13 yaşımdan çıxsam da hələ də yaddaşımda qalıb. Keçmiş Kalilin, indiki 20 Yanvar küçəsində yerləşirdi evimiz. Qardaşım Kəlbəcəri işğaldan azad etmək üçün I Qarabağ müharibəsində iştirak edəndə Murovdağ əməliyyatında şəhid oldu.

- Bilirsiniz ki, ərazilər tam olaraq minalardan təmizlənməyib. Siz o ərazilərə ayaq basanda düşünmədiniz ki, erməni vandallarının gedərkən belə özlərindən sonra iz buraxdığı - minaladığı ərazilərdə minaya düşə bilərsiniz?

- Mənə orada dedilər ki, bilmək olmaz nə baş verər. Bəlkə getməyəsiniz. Amma mən heç bir şeyə məhəl qoymayaraq, atdığım addımlara da məhəl qoymayaraq 30 illik həsrətimə sarılıb gedirdim. Hər şeyi gözə aldım. İnamla addımlayırdım. 30 ildə ancaq Vətən deyib hayqırırdım. Mənim bacılarım da, qardaşlarım da doğma yurdumuzun 30 illik həsrətində idilər. Atam və anam “Kəlbəcər” deyə-deyə, yurd həsrətindən dünyasını dəyişdilər.

- Hazıda Qarabağda geniş tikinti-quruculuq işləri gedir. Bəlkə də bu sualı vermək uyğun sayılmr, amma Kəlbəcərdəki eviniz təmir olunsa ailənizlə ora köçərsinizmi?

- Mən gözləmirəm ki, təmir-bərpa olunsun. Elə indi icazə versələr, gedib Kəlbəcərdə, doğma evimin yanında çadır qurub yaşayaram. Hətta övladlarım 2004 və 2006-cı ildə dünyaya gələndə mən onların doğum yeri olaraq Kəlbəcər yazdırmışam. Halbuki, bu məsələ qanunla belə tənzimlənmir. Mən istəyirəm ki, ölsəm də övladlarım Kəlbəcəri unutmasın. Elə ona görə də böyüyəndə görsünlər ki, kəlbəcərlidirlər. Bu mənim ən böyük təsəllimdir.

Paylaş:
1091

Son xəbərlər

70 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27
Bütün xəbərlər