Məmurlar, vəzifəli şəxslər Prezidentin çağırışlarından hansı nəticələr çıxarmalıdır? - Məzahir Əfəndiyevdən ŞƏRH | 1news.az | Xəbərlər
Siyasət

Məmurlar, vəzifəli şəxslər Prezidentin çağırışlarından hansı nəticələr çıxarmalıdır? - Məzahir Əfəndiyevdən ŞƏRH

Qafar Ağayev17:09 - Bu gün
Məmurlar, vəzifəli şəxslər Prezidentin çağırışlarından hansı nəticələr çıxarmalıdır? - Məzahir Əfəndiyevdən ŞƏRH

Xəbər verdiyimiz kimi, Prezidenti İlham Əliyev ötən gün Ceyhun Cəlilovu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi, Elxan İbrahimovu Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Natiq Ağayevi Balakən Rayon İcra Hakimiyyətinin başçısı, Orxan Mürsəlovu Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, Elvin Paşayevi Qax Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, Elşən Həsənlini Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul etdi

Dövlət başçısı qəbul zamanı çıxışında önəmli məsələlərə toxunub. Bu çıxışı məmurlara xəbərdarlıq kimi də qəbul etmək olar.

Prezidentin bu çıxışından təkcə rəhbər şəxslər yox, digər məmurlar dərs çıxarmalıdılar. Dövlət başçısı yeni rəhbər təyinatları zamanı keçirdiyi qəbulda məmurların fəaliyyət prinsiplərini bir daha aydın şəkildə ortaya qoyub.

Bu gün İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regionları sürətlə inkişaf edir. Yollar çəkilir, infrastruktur yaxşılaşdırılır, yeni iş yerləri yaradılır və s. işlər görülür. Bu da rəhbər şəxslərin, məmurların, onların qohumlarının üzərinə böyük məsuliyyət qoyur.

Onlar işlərini dövlət başçısının prinsiplərinə uyğun qursalar, bu halda bu inkişafa öz töhfələrini vermiş olacaqlar. Əgər məmurlar diqqətlərini görüləcək işlərə, regionların inkişafına ayırmaq əvəzinə öz sərvətlərini artırmağa ayırsalar, o bu həm onların özləri, həm də həmin region mənfi nəticələnəcək.

Bəzən səlahiyyətlərindən istifadə edən məmurlar elə fikirləşir ki, onun bu qanunsuz əməllərinə göz yumulacaq. Ancaq İlham Əliyevin bir neçə dəfə bu səpkili çıxışlarından görmək olar ki, dövlət başçısı baş verənlərdən məlumatlıdır və işini layiqincə icra etməyənlərə qarşı da heç bir güzəştə getmir.

Biraz keçmişə baxdığımızda öz vəzifəsindən sui-istifadə etdiyinə görə həbs olunan icra başçıları, məmurların fonunda bunu necə nəticələndiyini görmək olar.

Bəs məmurlar dövlət başçısının bu çıxışlarından hansı nəticələri çıxarmalıdır? İşlərini necə qurmalıdırlar?

Məzahir Əfəndiyev

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə dövlət qulluqçularını, məmurları və idarəçilik sahəsində fəaliyyət göstərən şəxsləri azərbaycançılıq prinsiplərinə, yüksək mənəvi və peşə mədəniyyətinə sadiq olmağa, özbaşınalıqdan, şəxsi mənfəət güdməkdən, vətəndaşlara yuxarıdan-aşağı münasibət göstərməkdən çəkinməyə çağırıb.

“Dünən Konstitusiyamızın qəbul edilməsinin 30-cu ildönümünün qeyd olunduğu bir gündə yeni təyinat almış dövlət icra nümayəndələrinin iştirakı ilə baş tutan görüşdə ölkə başçısı bir daha dövlət idarəetmə sistemində əsas prinsipləri xatırladaraq, hər bir dövlət qulluqçusunun xalqın xidmətçisi olduğunu xüsusi vurğuladı.

Prezident İlham Əliyev qeyd edib ki, qanunun aliliyini təmin etmək, Prezidentin tapşırıqlarını Konstitusion vəzifə kimi qəbul etmək, idarəçilik prinsiplərini yüksək bilik və bacarıqla, ləyaqətlə yerinə yetirmək hər bir məmurun başlıca borcudur.

Bu çağırışlar, düşünürəm ki, ölkəmizdə dayanıqlı inkişafı hədəfləyən və idarəetmə strukturunda islahatların keyfiyyət göstəricilərinin yüksəldilməsinə yönəlmiş vacib mesajlar kimi dəyərləndirilməlidir”, - deyə deputat əlavə edib.

Paylaş:
72

Son xəbərlər

Bütün xəbərlər