“Erməni tərəfi Azərbaycan Prezidentinin xəbərdarlıqlarından nəticə çıxarmalıdır” - DEPUTAT | 1news.az | Xəbərlər
Siyasət

“Erməni tərəfi Azərbaycan Prezidentinin xəbərdarlıqlarından nəticə çıxarmalıdır” - DEPUTAT

16:26 - 16 / 07 / 2022
“Erməni tərəfi Azərbaycan Prezidentinin xəbərdarlıqlarından nəticə çıxarmalıdır” - DEPUTAT

"2022-ci ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev bu dövrdə əldə olunan nəticələri müsbət qiymətləndirdi. Açıqlanan göstəricilər ölkəmizin dinamik inkişaf yolunda olduğunu bir daha təsdiqləyir".

1news.az məlumat verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, müşavirədə ölkəmizin xarici siyasəti, beynəlxalq əməkdaşlıq məsələləri də xüsusi diqqət mərkəzində oldu. Cənab Prezident ölkəmizin bu sahədə uğurlarını xüsusi vurğuladı. Bu baxımdan, Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi səmərəli fəaliyyəti, təşkilatın Parlament Şəbəkəsinin yaradılmasının önəmi qeyd edildi. Bundan başqa, Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində dünyanın 80-dən çox ölkəsinə yardım göstərib. Eyni zamanda, türk dövlətləri, qonşu ölkələrlə əlaqələrin daha da gücləndirilməsi diqqət mərkəzində olub. Həmçinin, Avropa İttifaqı ilə əməkdaşlığın önəmi vurğulanıb.

Millət vəkilinin sözlərinə görə, müşavirədə dövlətimizin başçısı post müharibə dövründə baş verən proseslərə münasibət bildirib, Ermənistanın 10 noyabr razılaşmalarına əməl etmədiyini deyib. Belə ki, 10 noyabr bəyanatının 4-cü bəndinə əsasən erməni silahlı qüvvələri Qarabağ ərazisindən tam çıxarılmayıb. Bundan əlavə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan muxtar respublikası arasında dəmir yolu və avtomobil yolu təmin olunmalıdır. Amma Ermənistan bu razılaşmaya da əməl etmir. Halbuki, Azərbaycan Laçın dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Ermənistanın da borcudur ki, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin.

Sevinc Fətəliyeva qeyd edib ki, son vaxtlar Ermənistanın hakimiyyət nümayəndələri Qarabağın statusu haqqında da tez-tez fikirlər səsləndirirlər. 10 noyabr razılaşmalarında statusla bağlı heç bir müddəanın olmadığını xatırladan millət vəkili deyib ki, Prezident İlham Əliyev statusun ünvanını dəqiq göstərib. Deputatın fikrincə, erməni tərəfi Azərbaycan Prezidentinin xəbərdarlıqlarından nəticə çıxarmalı, sülhə gəlmək üçün pozitiv addımlar atmalıdır. Əks halda, qeyri konstruktiv mövqe məhz rəsmi İrəvan üçün problemlər yaradacaq.

1news.az

Paylaş:
694

Son xəbərlər

Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04
Bütün xəbərlər