Gürcüstan XİN rəhbəri: “Regionda sülh üçün birgə səylərimiz öz nəticəsini verəcək” | 1news.az | Xəbərlər
Siyasət

Gürcüstan XİN rəhbəri: “Regionda sülh üçün birgə səylərimiz öz nəticəsini verəcək”

12:35 - 16 / 07 / 2022
Gürcüstan XİN rəhbəri: “Regionda sülh üçün birgə səylərimiz öz nəticəsini verəcək”

Regionda sülh və sabitliyin yaradılması istiqamətində birgə səylərimiz öz nəticəsini verəcək.

1news.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili "Twitter"də bildirib.

“Tbilisinin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüşə ev sahibliyi etməsini görməkdən çox qürur duyuram. Əminəm ki, regionda sülh və sabitliyin yaradılması istiqamətində birgə səylərimiz öz nəticəsini verəcək”, - Gürcüstan XİN başçısı vurğulayıb.

1news.az

Paylaş:
988

Son xəbərlər

Bütün xəbərlər