Ərdoğan İrana gedir
Türkiyə prezidenti Astana prosesinin qarant ölkələrinin 7-ci sammitində iştirak etmək üçün sabah Tehrana səfər edəcək.
Türkiyənin Prezident Administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti İbrahim Rəisinin dəvəti ilə Astana prosesinə zəmanət verən ölkələrin dövlət başçılarının yeddinci zirvə toplantısında və İran-Türkiyə Ali Əməkdaşlıq Şurasının 7-ci iclasında iştirak etmək üçün iyulun 18-19-da Tehranda səfərdə olacaq.
Astana prosesinin qarant ölkələrinin sammitində Rusiya prezidenti Vladimir Putin də iştirak edəcək. Görüşlər zamanı regional və qlobal məsələlər, eləcə də ikitərəfli münasibətlər müzakirə olunacaq.
Zirvə toplantısı çərçivəsində Ərdoğan eləcə də rusiyalı və iranlı həmkarları ilə də ikitərəfli görüşlər keçirəcək.
1news.az