Kamaləddin Qafarov: “Azərbaycanın beynəlxalq sahədə uğurları getdikcə artır” | 1news.az | Xəbərlər
Siyasət

Kamaləddin Qafarov: “Azərbaycanın beynəlxalq sahədə uğurları getdikcə artır”

16:25 - 19 / 07 / 2022
Kamaləddin Qafarov: “Azərbaycanın beynəlxalq sahədə uğurları getdikcə artır”

“Prezident İlham Əliyevin sədrliyi ilə iyulun 15-də keçirilmiş, cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədə Azərbaycanın postmüharibə dövründə əldə etdiyi nailiyyətlərə dair ətraflı açıqlamalar verilib. Dövlət başçısı öz çıxışında xüsusi olaraq qeyd etmişdir ki, bu dövrdə ölkəmizin beynəlxalq nüfuzu daha da artıb. Bu baxımdan ölkəmizin Qoşulmama Hərəkatındakı uğurlu sədrliyi ilk növbədə qeyd olunmalıdır. Azərbaycanın bu mötəbər təşkilata sədrliyinin 2023-cü ilin sonuna qədər yekdil qərarla uzadılması onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmış, Azərbaycana, şəxsən Prezident İlham Əliyevə olan inam daha da yüksəlmişdir”.

1news.az xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov səsləndirib.

Millət vəkili Azərbaycanın digər beynəlxalq təşkilatlarla da fəal əməkdaşlığa davam etdiyini vurğulayaraq deyib: “Diqqətəlayiq haldır ki, Azərbaycan beynəlxalq müstəvidə bir çox təşkilatlarla səmərəli əməkdaşlıq edir. Azərbaycanın Avropa İttifaqı ilə fəal tərəfdaşlıq münasibətləri də sürətli inkişafdadır. Öz çıxışında dövlət başçımız bir anonsu da diqqətə çatdırdı ki, yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji təhlükəsizliyi ilə bağlı daha bir önəmli sənəd imzalanacaq və bu, Avropa İttifaqı – Azərbaycan əməkdaşlığını daha yüksək səviyyəyə qaldıracaqdır.”

K.Qafarov Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyin ümumilikdə regional inkişafı ləngitdiyini qeyd edib. Deputat bildirib ki, Ermənistan hökumətinin 10 noyabr Bəyannaməsinə əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etməsi ölkələrimiz arasında sülh müqaviləsinin imzalanması üçün vacib şərtdir:

“Aydındır ki, bu gün Cənubi Qafqazda gedən proseslərin əsas istiqamətinə təsir edə biləcək vacib amillərdən biri də Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması məsələsidir. İki ölkə arasında münasibətlərin hansı səviyyədə olması ümumi regionda yaranacaq ictimai-siyasi vəziyyət və inkişaf göstəricilərindən əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan Azərbaycanın mövqeyi tamamilə birmənalıdır və hər kəsə açıqdır. Azərbaycan sülh və inkişaf tərəfdarıdır. Təəssüflər olsun ki, bu sözləri Ermənistan haqqında hələ də demək olmur. Əlbəttə, Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində indiyədək müəyyən addımlar atılıb. Lakin Prezident İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, hələlik real nəticələr yoxdur. Ermənistan hələ də imzaladığı 10 noyabr Üçtərəfli Bəyannamənin şərtlərinə görə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir. Məsələn, bu öhdəliklərdən biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması ilə bağlıdır. Lakin hərbi əməliyyatların başa çatmasında 1 il 8 ay keçsə də, bu məsələ hələ də öz həllini tapmayıb. Bu problem Cənubi Qafqazda sülhə ciddi təhdiddir.Azərbaycan qalib ölkə olaraq belə bir vəziyyətə, öz suveren ərazilərində erməni silahlı birləşmələrinin mövcudluğuna uzun zaman dözə bilməz.

Ermənistanın yerinə yetirməli olduğu vacib öhdəliklərdən biri də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Maraqlıdır, qalib Azərbaycan öz üzərinə götürdüyü öhdəliyə əsasən Laçın yolunun işləməsini təmin edib və hətta bu marşrutun təhlükəsizliyinə də zəmanət verib, məğlub Ermənistan isə hələ də Zəngəzur dəhlizinin açılmasını əngəlləyir. Bu məsələ də tezliklə öz həllini tapmalıdır və bu nə qədər tez baş verərsə, Ermənistanın özü üçün də daha yaxşı olar. Azərbaycan artıq özünün haqqı olanı almaq iqtidarında olan bir ölkə olduğunu sübut edib və proqressiv prosesləri əngəlləmək, növbəti qarşıdurmalara aparan siyasət yürütmək meylləri Ermənistana baha başa gələ bilər”.

1news.az

Paylaş:
551

Son xəbərlər

Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04
Bütün xəbərlər