“İran buna qarşı çıxacaq” - Xameneyi Zəngəzurla bağlı paylaşım edib
İranın dini lideri Əli Xameneyi iyulun 19-da şəxsi Tvitter səhifəsində etdiyi paylaşımda Ermənistan-İran sərhədinin bağlana biləcəyindən narahatlığını bildirib.
1news.az "Azad İran" Telegram kanalına istinadən xəbər verir ki, Xameneyinin sözlərinə görə, əgər İran-Ermənistan sərhədinin bağlanması siyasəti olarsa, İran buna qarşı çıxacaq:
"Biz Qarabağın Azərbaycana qayıtmasına sevinirik. Amma əgər İran-Ermənistan sərhədinin bağlanması siyasəti olarsa, İran buna qarşı çıxacaq. Ona görə ki, bu sərhəd bir neçə min illik əlaqə yoludur"-deyə, Əli Xameneyi yazıb.
1news.az
786