Aİ Rusiyaya qarşı yeddinci sanksiyalar paketini təsdiqləyib
Avropa İttifaqı (Aİ) Şurası Rusiyaya qarşı yeddinci sanksiyalar paketini təsdiqləyib.
1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen "Twitter"də bildirib.
“Üzv dövlətlər Aİ-nin Kremlə qarşı gücləndirilmiş, uzadılmış sanksiyaları təsdiqləyib. Mən bunu alqışlayıram.
Bu, Moskvaya güclü siqnal göndərir: Nə qədər lazımdırsa, biz bu təzyiqi yüksək səviyyədə saxlayacağıq”, - Avropa Komissiyasının Prezidenti vurğulayıb.
Xatırladaq ki, Avropa Komissiyası iyulun 15-də Aİ ölkələrinə Rusiyaya qarşı yeddinci sanksiyalar paketinin layihəsini təqdim edib. Yeni məhdudiyyətlər Rusiya qızılının Aİ ölkələrinə idxalına qadağa qoyulmasını, "Sberbank"ın aktivlərinin dondurulmasını, həmçinin ikili istifadə olunan malların ixracına nəzarətin gücləndirilməsini nəzərdə tutur. Eyni zamanda, yeni sənəd 50-dən çox rusiyalı fiziki şəxs və şirkət üçün sanksiya rejimini tətbiqini nəzərdə tutur.
1news.az