Nazir özəl sektora verilən güzəştli kreditlərin məbləğini açıqladı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nazir özəl sektora verilən güzəştli kreditlərin məbləğini açıqladı

Qafar Ağayev17:32 - 25 / 07 / 2022
Nazir özəl sektora verilən güzəştli kreditlərin məbləğini açıqladı

Özəl sektora dövlət dəstəyi çərçivəsində Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin əvvəlindən 1.384 layihənin maliyyələşdirilməsinə 53,9 mln. manat güzəştli kredit verilib.

1news.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

"Kreditlərin layihə sayı üzrə 99,9%-i, kreditin məbləği üzrə 96,3%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür. Verilmiş kreditlər 1.379 yeni iş yerinin yaradılmasına imkan verir", - nazir deyib.

Paylaş:
719

Son xəbərlər

Bütün xəbərlər