Mərkəzi Seçki Komissiyasının tərkibində yeni xidmət yaradılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Mərkəzi Seçki Komissiyasının tərkibində yeni xidmət yaradılır

Qafar Ağayev16:12 - 04 / 08 / 2022
Mərkəzi Seçki Komissiyasının tərkibində yeni xidmət yaradılır

Mərkəzi Seçki Komissiyasının (MSK) Nəzarət-Təftiş Xidməti yaradılıb.

1news.az APA-ya istinadən xəbər verir ki, bu, MSK-nın bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Məsələ barədə Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova məlumat verib.

O bildirib ki, Nəzarət-Təftiş Xidmətinin rəhbəri Ramiz İbrahimov, üzvləri isə İlham Məmmədov, Tofiq Həsənov, Maliyyə Nazirliyinin nümayəndəsi, Dövlət Vergi Xidmətinin nümayəndəsi, Hesablama Palatasının nümayəndəsi olacaq.

Paylaş:
627

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər