“Qarabağ” – “Viktoriya” futbol oyununun hakimləri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qarabağ” – “Viktoriya” futbol oyununun hakimləri açıqlanıb

Qafar Ağayev10:25 - 15 / 08 / 2022
“Qarabağ” – “Viktoriya” futbol oyununun hakimləri açıqlanıb

Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları açıqlanıb.

1news.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytında məlumat verilib. Qeyd olunub ki, qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Slavko Vinçiçə Tomaj Klançnik və Andraj Kovaçiç laynsmanlar qismində köməklik göstəcək. Dördüncü hakim funksiyasını Rade Obrenoviç yerinə yetirəcək.

VAR hakimləri Neyts Kaytazoviç və Yure Praprotnik olacaq.

Qeyd edək ki, avqustun 17-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Viktoriya" görüşü saat 20:45-də başlayacaq.

Paylaş:
277

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər