Qarabağda itkin düşənlərin ailə üzvlərindən 700 biloji nümunə toplanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağda itkin düşənlərin ailə üzvlərindən 700 biloji nümunə toplanılıb

Qafar Ağayev10:59 - 29 / 08 / 2022
Qarabağda itkin düşənlərin ailə üzvlərindən 700 biloji nümunə toplanılıb

700 biloji istinad nümunəsi, 90-cı illərdə baş vermiş döyüş əməliyyatlarında itkin düşmüş şəxslərin 303 ailə üzvündən toplanılmışdır.

BQXK-dən 1news.az-a verilən məlumata görə, bu nümunələr,mümkün ekshumasiya zamanı identikifasiyaya dəstək üçün istifadə edilə bilər. Proses ərzində, 47 ailə üzvünə psixo- sosioloji dəstək göstərilmişdir.

7 superviziya sessiyası bioloji istinad nümunələri götürülərkən itkin düşmüş
şəxslərin ailə üzvlərinə dəstək göstərən müşayiətçilər üçün keçirilmişdir.

İtkin düşmüş şəxslərin taleyinin və olduğu yerinin müəyyən olunması tədbirlərində iştirak edən müxtəlif milli qurumlardan 53 nümayəndə üçün növbəti mövzularda 3 beş günlük kurs keçirilmişdir: İnsan qalıqlarının götürülməsi, Təməl osteoloji təhlil və
Məhkəmə arxeologiyası üzrə maarifləndirmə.

Paylaş:
563

Son xəbərlər

Bütün xəbərlər