Goranboyda bədbəxt hadisə: Üzərinə işıq dirəyi aşan qadın öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Goranboyda bədbəxt hadisə: Üzərinə işıq dirəyi aşan qadın öldü

1news Redaksiyası12:45 - Bu gün
Goranboyda bədbəxt hadisə: Üzərinə işıq dirəyi aşan qadın öldü

Goranboyda bədbəxt hadisə baş verib.

1news.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Qarapirimli kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü L.Ağayeva üzərinə işıq dirəyinin aşması nəticəsində xəsarət alıb. Qadın Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb. Məlumata görə, qadının həyat yoldaşı evin həyətində ağacı kəsən zaman ağac işıq dirəyinin üstünə aşıb. Bu zaman işıq dirəyi 35 yaşlı qadının üstünə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
85

Son xəbərlər

Bütün xəbərlər