Vuçiç hakim partiyanın seçkilərdə məğlub olduğunu etiraf edib

Serbiyanın hakim Serb Tərəqqi Partiyası parlament seçkilərində məğlub olub.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Serbiyanın keçmiş Prezidenti Aleksandr Vuçiç açıqlayıb.
O bildirib ki, aparılan hesablamalara əsasən, müxalifətin “Tələbə siyahısı” seçkilərdə qalib gəlib.
“Apardığımız hesablamalara əsasən, bu seçkiləri uduzduğumuz aydındır. “Tələbə siyahısı” qalib gəlib”, – deyə Vuçiç vurğulayıb.
Bununla yanaşı, o, seçkilərin yekun nəticələrinin hələ açıqlanmadığını qeyd edib.
Qeyd edək ki, Aleksandr Vuçiç sentyabrın 27-də prezident vəzifəsindən istefa verib.
72










