Nazirlikdən İranlı nazirin açıqlamasına münasibət: İranda 40 milyon azərbaycanlı ana dilində təhsil almaq hüququndan məhrum edilir | 1news.az | Xəbərlər
Siyasət

Nazirlikdən İranlı nazirin açıqlamasına münasibət: İranda 40 milyon azərbaycanlı ana dilində təhsil almaq hüququndan məhrum edilir

1news Redaksiyası11:02 - Bu gün
Nazirlikdən İranlı nazirin açıqlamasına münasibət: İranda 40 milyon azərbaycanlı ana dilində təhsil almaq hüququndan məhrum edilir

Azərbaycanın Elm və Təhsil Nazirliyi İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda təhsil məsələləri ilə bağlı açıqlamasını ölkənin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirib.

1news.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin açıqlamasında bildirilib.

Qeyd olunub ki, İran rəsmisinin açıqlaması təəccüb və təəssüf doğurur.

“Bu, tamamilə yersiz açıqlama olaraq Azərbaycanın daxili işlərinə müdaxilə cəhdindən başqa bir şey deyildir. Heç kimə ölkəmizin daxili işlərinə, o cümlədən təhsil siyasətinə müdaxilə etməyə icazə verilmir və bu kimi müdaxilə cəhdlərinin qarşısı qətiyyətlə alınır”, – açıqlamada vurğulanıb.

Nazirlik İran rəsmilərinə başqa ölkələrin daxili işlərinə müdaxilə etmək əvəzinə öz ölkələrinin problemləri ilə məşğul olmağı tövsiyə edib.

Bildirilib ki, İranın həyata keçirdiyi siyasət nəticəsində bu ölkədə Azərbaycan dilində tədris aparılan məktəb yoxdur, ali təhsil müəssisələrində də Azərbaycan dilində tədris həyata keçirilmir.

Açıqlamada qeyd olunub ki, İran əhalisinin təxminən 40 milyonunu etnik azərbaycanlılar təşkil edir və onlar onilliklərdir ana dilində təhsil almaq hüququndan məhrum edilirlər.

Nazirlik İranın elm, tədqiqat və texnologiya nazirini, eləcə də bu mövzuda İranda açıqlamalar verən digər şəxsləri Azərbaycanın daxili işlərinə müdaxilə etmək əvəzinə, ölkələrindəki bu məsələlərlə məşğul olmağa və onilliklərdir davam edən ədalətsizliyin aradan qaldırılması üçün tədbirlər görməyə çağırıb.

Paylaş:
86

Son xəbərlər

Bütün xəbərlər