Deputat: “Azərbaycan, Türkiyə və Pakistan yaxın dost, qardaş kimi tarixə daxil olublar”. | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “Azərbaycan, Türkiyə və Pakistan yaxın dost, qardaş kimi tarixə daxil olublar”.

13:18 - 30 / 09 / 2022
Deputat: “Azərbaycan, Türkiyə və Pakistan yaxın dost, qardaş kimi tarixə daxil olublar”.

“Azərbaycan, Türkiyə və Pakistan yaxın dost, qardaş kimi tarixə daxil olublar”.

Bunu 1news.az-açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

“Bu dostluq münasibətinin əsasında xalqlarımız arasındakı sıx əlaqələr dayanır. Bildiyiniz kimi, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan hərbi müdafiə sahəsində daha intensiv tədbirlər həyata keçirməyə başlayıb. 30 il müddətində danışıqlara və balanslaşdırılmış siyasətə üstünlük versə də, Azərbaycan indi zərurət yaranarsa öz milli maraqlarını hərbi əsaslarla həll etməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi”.

“Bildiyimiz kimi Azərbaycanın həm Türkiyə, həm də Pakistanla münasibətləri 1991-ci ildə müstəqillik qazandıqdan sonra strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə çatıb” – deyə, deputat əlavə edib:

“Türkiyə və Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasında olub. Hər üç ölkə beynəlxalq arenada bir çox məsələlərdə, o cümlədən Qarabağ, Şimali Kipr və Kəşmirdəki münaqişələrlə bağlı məsələlərdə bir-birinə qarşılıqlı dəstək nümayiş etdirib. Həm Türkiyə, həm də Pakistan 1990-cı illərin əvvəllərində Azərbaycanın 20 % torpağını işğal etdiyinə görə Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina ediblər. Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarına qarşı Azərbaycanın başlatdığı 44 günlük əks-hücum əməliyyatının ilk günlərindən Türkiyə və Pakistanın Azərbaycana göstərdiyi dəstək bu dostluğun və qardaşlığın bariz nümunəsidir”.

N.Həmzəyev qeyd edib ki, 2020-ci il İkinci Qarabağ müharibəsindən sonra Ankara, Bakı və İslamabad üçtərəfli münasibətləri daha da inkişaf etdirmək üçün addımlar atıblar.

“2021-ci il iyunun 15-də Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhərində Şuşa Bəyannaməsinin imzalanması, ardından Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Bakı və İstanbul Bəyənnamələrinin imzalanması xalqlarımız arasında müdafiə, iqtisadiyyat, enerji, ticarət, diaspor, media və digər sahələrdə əməkdaşlığın yeni dövrünü açıb.

Qardaş ölkə Türkiyə ilə ardıcıl birgə hərbi hava, quru və dəniz təlimləri, o cümlədən üçüncü qardaş ölkə Pakistanda Azərbaycanın hərbi müdafiə qabiliyyətinin artırılmasına yönəlmiş tədbirlər bu istiqamətdə atılan önəmli addımlardır. Məhz bu kontekstdə Laçın dəhlizinin cəmi 300 metrliyində, Azərbaycanın Laçın rayonunda iki ölkənin xüsusi təyinatlı bölmələrinin birgə təlimləri çoxlarını təəccübləndirdi. 2021-ci ilin sentyabrında Azərbaycan, Türkiyə və Pakistan hərbçiləri Bakıda mövcud əlaqələri gücləndirmək və terrorizmlə mübarizənin yeni yollarını tapmaq “Üç qardaş-2021” adlı səkkiz gün davam edən birgə hərbi təlim keçirdi. Yaxın keçmişdə Pakistan yerli ekspertlər tərəfindən hərbi təlim keçmək üçün 100-dən çox Azərbaycan müdafiəçisini qəbul edib. İki ölkə, həmçinin Azərbaycanın Pakistan-Çin JF-17 döyüş təyyarələri və “Super Mushshak” təlim təyyarələrinin mümkün alınması məsələsini də tez-tez müzakirə ediblər. 2019-cu ildə Azərbaycanın Müdafiə Nazirliyi Pakistandan 10 təyyarənin gətirildiyini bildirib. Bununla belə, Qarabağ müharibəsindən sonra Azərbaycan Pakistan firmaları ilə birgə müəssisələr yaratmaq ideyasına daha çox sərmayə qoyub, onları ölkədə istehsal və ya ən azı montaj müəssisələrinin açılmasına cəlb edir. Daha bir önəmli tədbir isə Türkiyənin Konya şəhərində keçirilən “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimlərində Azərbaycanın iki MiQ-29 qırıcısı və iki Su-25 hücum təyyarəsi havada iştirak etməsi idi. Paralel olaraq, Ankara, İslamabad və Bakı yüksək rütbəli hərbçilərin rəsmi səfər mübadiləsinin aparılması müdafiə sahəsində tərəfdaşlığın dərinləşdirilməsinin üçtərəfli münasibətlərdə yeni mərhələ olduğuna dair siqnallar verir”.

“Türkiyə ilə, daha sonra isə Pakistanla üçtərəfli formatda birgə hərbi təlimlərin sayının artması göstərir ki, Azərbaycan öz sərhədləri daxilində və ətrafında sürətlə cərəyan edən hadisələr qarşısında sakit qalmayacaq. Azərbaycan-Türkiyə-Pakistan xüsusi təyinatlılarının Bakıda təlim keçməsi bütün dünyaya, xüsusilə də Azərbaycanın riyakar düşmənlərinə bir mesajdır” – deputat əlavə edib:

“Azərbaycanın haqlı mübarizəsində ona qarşı olan, Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən dövlətlər bu üçtərəfli əməkdaşlıqdan olduqca narahatdır. Təssüflər olsun ki, belə ölkələrdən biri də Hindistan Respublikasıdır. İkinci Qarabağ müharibəsi dövründə işğalçı Ermənistan dövlətini dəstəkləməklə kifayətlənməyib, Hindistanın bu gün də hərbi sahədə Ermənistanla əməkdaşlığı gücləndirməsi və ona 250 milyon dəyərində silah satmaq planları birbaşa olaraq regionda sülhün pozulmasına qarşı atılmış addımdır. Hindistanda hakimiyyətdə olan islamofob qüvvələr yaranmış Azərbaycan-Türkiyə-Pakistan müttəfiqliyi və onun potensial gücündən qorxaraq müxtəlif vasitələrlə bölgədəki sabitliyi pozmağa çalışırlar. Lakin buna baxmayaraq, rəsmi Bakının Türkiyə və Pakistanla dərinləşən hərbi-siyasi tərəfdaşlığı Qarabağ müharibəsindən sonrakı dövrdə bilavasitə, xalqlarımızın daha da yaxınlaşmasına, güclü tarixi bağlarının gücləndirilməsinə gətirib çıxaracaq, regionda sülh və sabitliyin bərqərar olmasına böyük töhvə verəcəkdir”.

Paylaş:
395

Son xəbərlər

Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52
Bütün xəbərlər