Şəmkirdə maskalı şəxs ev sahibinə xəsarət yetirərək pulunu ələ keçirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkirdə maskalı şəxs ev sahibinə xəsarət yetirərək pulunu ələ keçirib

12:51 - Bu gün
Şəmkirdə maskalı şəxs ev sahibinə xəsarət yetirərək pulunu ələ keçirib

Şəmkir rayonunun Kür qəsəbəsində yerləşən evlərdən birinə maskalanmış formada daxil olan naməlum şəxs ev sahibinə küt alətlə xəsarət yetirərək pulunu ələ keçirib.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, 44 yaşlı Akif Məmmədovu müəyyən edərək saxlayıblar.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Paylaş:
104

Son xəbərlər

Bütün xəbərlər