Ukrayna səmasında İran PUA-ları vuruldu | 1news.az | Xəbərlər
Dünya

Ukrayna səmasında İran PUA-ları vuruldu

14:18 - 17 / 11 / 2022
Ukrayna səmasında İran PUA-ları vuruldu

Bu gün Ukraynanın paytaxtı Kiyev şəhərinin üzərində İran istehsalı olan “Şahed-136”pilotsuz uçuş aparatları (PUA) vurulub.

1news.az xəbər verir ki, bu barədə Kiyev şəhərinin Hərbi Administrasiyası istinadən məlumat yayıb.

Həmçinin o da əlavə olunub ki, Rusiya Silahlı Qüvvələri tərəfindən atılan qanadlı raketlər də zərərsizləşdirilib: “Son bir saat ərzində Kiyev üzərində Rusiya tərəfindən atılan 2 qanadlı raket zərərsizləşdirilib. Bundan əlavə, Ukrayna hava hücumundan müdafiə (HHM) qüvvələri tərəfindən İran istehsalı olan 4 ədəd “Şahed-136” zərbə dronları da vurulub”.

Ölən, yaralananlar və dağıntılar barədə məlumatlar dəqiqləşdirilir.

Xatırladaq ki, bu gün Kiyev vilayəti, Kiyev şəhəri və Ukraynanın bir sıra digər regionlarında hava həyəcanı siqnalı verilib.

Paylaş:
556

Son xəbərlər

Bütün xəbərlər