Deputat: Qusarda qazlaşdırılmış kəndlərin məktəblərində odun və torf yandırılır
“Qusar rayonunun cəmi 57%-i qazla təmin olunub. Son 4 ildə Qusar rayonunda qaz çəkilişi həyata keçirilməyib”.
1news.az xəbər verir ki, bunu deputat Azər Badamov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2023-cü ilin dövlət büdcəsinin layihəsi ilə bağlı çıxışında bildirib.
“Digər problem qazlaşdırılmış kəndlərdə məktəblərin qızdırılmaması ilə bağlıdır. Təsəvvür edin ki, qazlaşdırılmış 12 kənddə məktəblərin qazanxanası yoxdur. Məktəblərdə sinif otaqlarında odun və torf yandırılır ki, bu da normal iş mühitinin davam etdiriməsini çətinləşdirir. Düşünürəm ki, bu məsələnin həlli elə də böyük maliyyə tələb etmir”, - deyə deputat bildirib.
263