Paşinyan şahid qismində dindirildi | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyan şahid qismində dindirildi

15:39 - 18 / 11 / 2022
Paşinyan şahid qismində dindirildi

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin İstintaq Komitəsində şahid qismində dindirilib.

1news.az erməni KİV-ə istinadən xəbər verir ki, 2022-ci il mayın 4-dən etibarən Ermənistanın bir qrup yüksəkrütbəli məmurunun 44 günlük müharibə zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı başlanılan cinayət işi üzrə ibtidai istintaq davam edir.

Bildirilir ki, Nikol Paşinyan sözügedən cinayət işi çərçivəsində dindirilib.

Qeyd edək ki, Ermənistanda bir müddət davam edən etiraz aksiyaları zamanı müharibədə ölən hərbçilərin yaxınları Paşinyanın dindirilməsini və onun təqsirkar qismində cəlb olunmasını tələb edirdilər.

Paylaş:
1041

Son xəbərlər

Bütün xəbərlər