“Azərbaycan parlamentinin İsraildə səfirlik açmaq barədə qərarını alqışlayıram”
“Azərbaycan parlamentinin İsraildə səfirlik açmaq barədə qərarını alqışlayıram”.
1news.az xəbər verir ki, bunu İsrailin Baş naziri Yair Lapid öz rəsmi tviter hesabında yazıb.
Onun sözlərinə görə, Azərbaycan İsrailin vacib tərəfdaşıdır və müsəlman dünyasında ən böyük yəhudi icmalarından birinə ev sahibliyi edir: “Səfirlik açmaq qərarı ölkələr arasında münasibətlərin dərinliyini əks etdirir. Bu addım İsrail hökumətinin müsəlman dünyası ilə möhkəm siyasi körpülər qurmaq səylərinin bəhrəsidir. Prezident İlham Əliyevə təşəkkür edirəm və ilk dəfə İsraildə təmsil olunacaq Azərbaycan xalqını təbrik edirəm”.
466