Azərbaycan XİN Gürcüstanı təbrik edib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan XİN Gürcüstanı təbrik edib

16:20 - 18 / 11 / 2022
Azərbaycan XİN Gürcüstanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanla diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə bağlı bu ölkəni təbrik edib.

1news.az xəbər verir ki, bu barədə nazirliyin tviter səhifəsində paylaşım edilib.

“Bu gün Azərbaycan və Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Bu münasibətlə Gürcüstan hökumətinə və xalqına ən xoş diləklərimizi çatdırırıq. Azərbaycan və Gürcüstan arasında strateji əlaqələrin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik”, - paylaşımda qeyd olunub.

1news.az

Paylaş:
628

Son xəbərlər

Bütün xəbərlər