Təbiət düşməninə çevrilən sellofan torbalar - Onlardan istifadə necə azaldılmalıdır? - ŞƏRH | 1news.az | Xəbərlər
Cəmiyyət

Təbiət düşməninə çevrilən sellofan torbalar - Onlardan istifadə necə azaldılmalıdır? - ŞƏRH

Ayşən İsmayılova11:04 - 23 / 11 / 2022
Təbiət düşməninə çevrilən sellofan torbalar - Onlardan istifadə necə azaldılmalıdır? - ŞƏRH

Sellofan torbalar dünyada plastik çirklənmənin əsas səbəblərindən biri hesab olunur.

Təbiətdə illərlə torpağa qarışmadan qala bilən sellofan zənbillər yandırılan zaman isə əmələ gələn toksiki tüstü atmosfer havasını zəhərləyir. Lakin təbiətə ciddi ziyan vuran sellofanlar bütün qadağalara və maarifləndirmə işlərinə baxmayaraq, yenə də kütləvi istifadədədir.

1news.az-ın araşdırmasına görə, bu gün istifadəsi olduqca geniş yayılan sellefon torbaların ixtiraçısı İsveç alimi Sten Gustaf Thulindir. 2019-cu ildə BBC-ə müsahibə verən Sten Thulinin oğlu Raoul Thulin bu sözləri demişdi:

“Atam plastik paketi ətraf mühiti qorumaq üçün hazırlamışdı. Bir dəfə istifadə edib atıldığını görsə, çox təəccüblənər”.

Son zamanlar qonşu Türkiyə də daxil olmaqla bir çox ölkə sellofan torbalardan istifadənin azaldılması ilə bağlı addımlar atıb. Hətta 1 İyul bütün dünyada Plastik Torbalardan İmtina Günü kimi qeyd olunur. Ölkəmizdə də iyulun 1-dən bir istifadə üçün nəzərdə tutulan plastik çubuqlar, çəngəl, bıçaq, boşqab və stəkanların idxalı, istehsalı, istifadəsi qadağan olunub. Lakin qanunvericiliyə dəyişiklik edilməsinə baxmayaraq, məsələ hələ də tam həllini tapmayıb.

Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablayan ekologiya üzrə ekspert Aytən Poladovanın sözlərinə görə sellofan torbaların istifadəsi ilə bağlı təbliğata bağçadan başlamaq lazımdır ki, onlar ekoloji mədəniyyət qazansınlar:

"Biz həmişə valideynlərin uşaqlara örnək olduğunu söyləyirik. Amma valideynləri başa salmaq, yaşlı nəsillə işləmək daha çətindir. Ona görə də uşaqlarla işləmək daha yaxşı olardı.

Xaricdə bağçadakı uşaqlara parça torbalar verirlər və uşaqlara oyuncaqlarını ora yığmağı öyrədirlər. Bununla da uşaqların şüuraltına yeridilir ki, sellofan torbalardan istifadə etməsinlər. Uşaqlar da öyrəndiklərini valideynlərinə təbliğ edirlər. Həmin parça torbalar marketlərdə kassanın yanına qoyulsun. Uşaqlar valideynlərinə şokolad, oyuncaq və s. aldıranda onları bağçada gördüyü parça torbalara qoydurmağa məcbur edəcək. Ona görə də təbliğata yuxarıdan aşağı yox, aşağıdan yuxarı təbliğat aparmaq lazımdır".

A. Poladova bununla hər istiqamətdə mübarizə aparmağın labüd olduğunu qeyd edib:

"Bir vaxt sellofan torbaların pullu olacağı deyilmişdi, amma hələ də pulsuzdur. İctimai qınaq və təbliğat olmalıdır. Böyük marketlərdə sellofan torbaları kassanın yanına qoyub insanlara pulsuz verməyi qadağan etmək lazımdır.

Xaricdə sellofan torbaların insanlara satıldığını görürük. Ölkəmizdə də belə olsa, insanlar bir müddətdən sonra alış-verişə özləri ilə kağız və ya parça torba aparacaqlar.

Bununla hər istiqamətdə mübarizə aparılmalıdır. Kağız və ya parça torbaların təbliği edilməli, reklam videoları verilməlidir ki, heç olmasa 1 milyon nəfərdən min nəfəri istifadə etməsin".

Ayşən İsmayılova

Paylaş:
819

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər