“İranda həbs olunan qadınlara təcavüz edilir”

İranda baş verən etirazlar zamanı həbs olunan qadınların həbsxanalarda təcavüzə məruz qaldığı iddia olunur.
1news.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
İddialara görə, bu məlumatları media orqanına hadisə şahidi deyib.
Qadının sözlərinə görə, o polis məntəqəsində bir gün saxlanılıb və o zaman həmin qadına qarşı cinsi zorakılıq əməli törədilib.
Qeyd edək ki, Məhsa Əmini adlı tələbə qızın polis bölməsində öldürülməsindən sonra artıq 2 aydan çoxdur davam edən etiraz aksiyalarında ən azı 378 nəfər öldürülüb, xeyli sayda insan yaralanıb və 15 minə yaxın aksiya iştirakçısı həbs olunub.
Aynurə Xudaverdiyeva
713