Prezident Liviya yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Liviya yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO - YENİLƏNİB

15:23 - 24 / 11 / 2022
Prezident Liviya yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Liviya Dövlətinin ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ali Salem Naserin etimadnaməsini qəbul edib.

1news.az xəbər verir ki, səfir Ali Salem Naser etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Sonra səfirlə söhbət edən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan və Liviya həmişə bir-birinə dost olub və maraqlarını müdafiə ediblər. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bütün məsələlərlə bağlı qarşılıqlı dəstək nümayiş etdirirlər. Prezident İlham Əliyev vurğuladı ki, həm işğal dövründə, həm də işğaldan sonra Ermənistan-Azərbaycan məsələsi ilə bağlı ölkəmiz həmişə Liviyanın dəstəyini görüb. Bu dəstəyin, eyni zamanda, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də olduğunu deyən dövlətimizin başçısı buna görə Liviya tərəfinə təşəkkürünü bildirdi.

Prezident İlham Əliyev bu yaxınlarda Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilən 31-ci Zirvə toplantısında iştirakını məmnunluqla xatırladaraq, bu tədbirdə çıxışında ərəb dövlətləri ilə Azərbaycan arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri barədə danışdığını vurğuladı. Prezident İlham Əliyev dedi ki, Azərbaycanın bu Zirvə toplantısına fəxri qonaq qismində dəvət olunması ərəb dünyasının ölkəmizə münasibətini bir daha nümayiş etdirdi.

Azərbaycan Prezidenti dostluq əlaqələri nəzərə alınmaqla ikitərəfli münasibətlərimizin, xüsusilə də iqtisadiyyat, ticarət və energetika sahələrində əməkdaşlığımızın fəallaşdırılmasının zəruriliyini vurğuladı.

Xoş sözlərə görə minnətdarlığını bildirən səfir Liviya Prezident Şurasının sədri Məhəmməd Yunis əl-Mənfinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Məhəmməd Yunis əl-Mənfiyə çatdırmağı xahiş etdi.
Ali Salem Naser səfir kimi fəaliyyəti dövründə ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin möhkəmlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini dedi. Səfir dövlətlərimizin və xalqlarımızın maraqları naminə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələndirmənin və əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğuladı.

13:25

Prezident İlham Əliyev noyabrın 24-də Liviya Dövlətinin ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ali Salem Naserin də etimadnaməsini qəbul edib.

1news.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Paylaş:
537

Son xəbərlər

“IDDA Awards” innovasiya müsabiqəsinin qalibləri elan olunub

Bu gün, 19:41
Gürcüstan Müsəlmanları İdarəsinə yeni şeyx seçilibBu gün, 16:53İcma: “Avropa İttifaqının Ermənistandan deportasiya edilmiş azərbaycanlıların qayıdışı hüququna toxunmaması tamamilə qəbuledilməzdir”Bu gün, 16:16Ceyhun Bayramov Monteneqronun xarici işlər naziri ilə görüşübBu gün, 16:061800-dən çox şəxs qrip əleyhinə peyvənd olunubBu gün, 15:52Bakıda yeni içməli və tullantı su şəbəkələri yaradılırBu gün, 15:28Əlliyə yaxın şəxsi işə düzəltmək adı ilə aldadaraq pulunu mənimsəyən şəxs saxlanılıbBu gün, 15:06Kapital Bank-dan Yeni ilə özəl nağd kredit kampaniyasıBu gün, 14:38Londonda ABB-yə “İlin Bankı” mükafatı təqdim olunduBu gün, 14:30İRİA “Digital Azerbaijan” brendini təqdim edibBu gün, 14:27Azərbaycanda 137 minə yaxın IP ünvanı zərərli proqramlarla yoluxubBu gün, 14:12Bakıda ödəmə terminallarından oğurluq edən şəxs saxlanılıbBu gün, 14:07QHT sədri: “Bu addımlar Azərbaycanda yaşıl enerji sektorunun yüksəlişinə səbəb olacaq”Bu gün, 13:55Qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibi bəlli olubBu gün, 13:46“PAŞA Holding”in təşkil etdiyi “InMerge İnnovasiyalar Sammiti”nin ilk gününün xülasəsi - FOTOBu gün, 13:33Azərbaycan Prezidenti Dünya İqlim Fəaliyyəti Sammitində iştirak edib - VİDEO - YENİLƏNİB 1Bu gün, 13:19DYP avtomobillərin şüşələrinə yazı yazan şəxslərlə bağlı xəbərdarlıq edibBu gün, 13:12İRİA KOB-ların rəqəmsallaşması layihəsi üzrə işlərə start veribBu gün, 13:03AAYDA: “Sarayda Mikayıl Müşfiq küçəsinin əsaslı təmiri yekunlaşmaq üzrədir” - FOTO - VİDEOBu gün, 12:50DİN bu il vətəndaşların könüllü təhvil verdiyi silahların sayı açıqladıBu gün, 12:44
Bütün xəbərlər

Next TV