Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə görüşüb

Qafar Ağayev09:23 - 01 / 12 / 2022
Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə görüşüb

30 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Polşada keçirilən 29-ci iclası çərçivəsində Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb.

Bu barədə 1news.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər.

Nazirlər, həmçinin ATƏT-in Nazirlər Şurasının 29-cu iclasında və çoxtərəfli platformalarda əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Paylaş:
398

Son xəbərlər

Bütün xəbərlər