Sosial şəbəkələrin geridə qoyduğu ənənəvi media - Rəqabətdə uduzmamaq üçün nələr edilməlidir? - ŞƏRH | 1news.az | Xəbərlər
Reportaj

Sosial şəbəkələrin geridə qoyduğu ənənəvi media - Rəqabətdə uduzmamaq üçün nələr edilməlidir? - ŞƏRH

Aynurə Xudaverdiyeva15:00 - 31 / 01 / 2023
Sosial şəbəkələrin geridə qoyduğu ənənəvi media - Rəqabətdə uduzmamaq üçün nələr edilməlidir? - ŞƏRH

Sosial şəbəkələr günümüzün aktual mövzularından biridir.

Hətta o qədər aktual olub ki, nəinki, gənc nəsil, hətta yaşlı nəsil nümayəndələri bələ bunun haqqında dolğun məlumata sahibdirlər. Bizi əhatə edən virtual aləm get-gedə insanlarda daha çox maraq doğurur. Ənənəvi KİV-də yayımlanan əksər verilişlərlə “Tik-Tok”da yayımlanan verilişləri müqayisə etsək, əlbəttə ki, izlənmə sayının daha çox sosial şəbəkədə olduğunu görərik.

Məsələ ilə bağlı 1news.az-a teletənqidçi, Əməkdar jurnalist, Mətbuat Şurasının idarə heyətinin üzvü Qulu Məhərrəmli açıqlama verib. Onun sözlərinə görə, sosial şəbəkələrə əsas marağın səbəbi senzuranın olmamasıdır.

“Bu gün “Tik-Tok”dakı verilişlərin izlənmə sayının yüksək olmasının əsas səbəbi sosial şəbəkələrə olan marağın artmasıdır. Həm də bu tip verlişlərdə senzura olmur deyə insanlar özlərini daha sərbəst hiss edirlər. Həmin verilişi aparanlar və verilişdə iştirak edənlər hazırda müəyyən dərəcədə populyarlıq qazanmış insanlardır. Onların əksəriyyəti senzurasız danışır, bu da insanlara maraqlı gəlir. Bir də qeyd edim ki, insanlar daha çox sərbəstliyə meyillidirlər, düşünürlər ki, bu “Tik-Tok”dursa, heç bir nəzarət yoxdur. Onlar üçün sosial şəbəkədə bu tip verilişlər real həyatı daha yaxşı əks etdirir, TV-lərdə yayımlanan senzuralı verilişlər bəzi insanlar üçün həqiqi həyatdan çox uzaqdır. Hesab edirəm ki, “Tik-Tok”da və digər sosial şəbəkələrdə qazanılan məşhurluq, populyarlıq keçicidir. Bu populyarlıq birdən qazanılır, necə deyərlər “partlayış” olur. Sonra da yenisi çıxan kimi unudulurlar. “Facebook” yeni istifadə edilən vaxtla indiki populyarlığı eyni deyil. Hazırda “TikTok” daha çox istifadə edilir. Bu həmişə belə olub, olacaq da.

Q.Məhərrəmli bildirib ki, televiziya verilişlərinə marağın artırılması üçün daha ciddi işlər görmək lazımdır. "Xatırlayırsınızsa, 44 günlük Vətən Müharibəsində əhali sosial şəbəkələrə VPN-lərlə daxil olsalar da əsas xəbərləri televiziyadan alırdılar. Çünki ən doğru xəbərlərin orada yayımlandığını bilirlər. Bu gün TV-lərdə daha çox bayağı verlişlərə yer verilir. Ciddi verilişlərə isə çox vaxt elə qonaqlar dəvət olunur ki, insanlar bilir ki, artıq bu nə danışacaq. Ona görə TV-lərə baxış sayı azalıb. Tək yol maraqlı verlişlər yayımlamaqdır”.

1news.az məsələ ilə bağlı Azərbaycan Mətbuat Şurasının İdarə heyətinin üzvü Hacıbəy Heydərli də açıqlama verib. Onun sözlərinə görə, insanlar saxta xəbər başlıqlarına aldanırlar:

“Son zamanlarda “Tik-Tok” ən çox istifadə edilən sosial şəbəkələrdən birinə çevrilib. Qeyd edək ki, aktivliyin artması ilə də bu cür vasitələrlə müxtəlif yalan məlumatlar yayılır. Heç bir zaman “Tik-Tok” güvənilə biləcək mənbə ola bilməz. Çünki sözügedən dezinformasiyaları paylaşan şəxslərin kimliyi bəlli deyil. Onların nə məqsədlə bu xəbəri yaydıqları da bilinmir. “Tik-Tok”un belə bir alqoritmi var ki, əgər bir xəbər “fake”dirsə, sensassiya yarada biləcəkdirsə, o “keşfet”ə düşür. Çox vaxt belə xəbərlərdə saxta başlıqlar da olur. İnsanların çoxu da xəbərin içini yox, başlığını oxuyub nəticə çıxarır. Mən təklif edirəm ki, oxucular xəbərləri araşdırsınlar saxta başlıqlara aldanmasınlar. Ən əsas məsələlərdən biri də media savadlılığıdır ki, biz də bunun üçün çalışmalıyıq. Burada Azərbaycan Mətbuatının üzərinə böyük yük düşür. Çox təəssüf ki, hazırda saytlara birbaşa giriş çox azalıb. İnsanlar daha çox sosial şəbəkələrdən xəbər saytlarına giriş edirlər ya da sosial şəbəkələrdə yayılan yalan məlumatlara aldanırlar. Bu gün sosial şəbəkələrə giriş çox yüksəkdir. Hətta saytlara giriş əksər hallarda sosial şəbəkə üzərindən olur. Məncə, hər yayılan xəbərə inanmamaq, təkcə başlığa aldanıb rəy yazmamaq lazımdır”.

Paylaş:
1612

Son xəbərlər

Yağış yağacaq, külək əsəcək - Sabahın havasıBu gün, 12:24Laborator analizlərin nəticələrini “mygov” rəqəmsal hökumət platformasından əldə etmək mümkündürBu gün, 12:23Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıbBu gün, 12:02Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar veribBu gün, 11:57Nazir: 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulurBu gün, 11:43İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edibBu gün, 11:40Bakıda 6 nəfərin 33 min manatı dələduzluqla ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 11:29Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdiBu gün, 11:17NİİM-dən yollarda diqqətsizlik və məsuliyyətsiz edənlərə ÇAĞIRIŞ - VİDEOBu gün, 11:11Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edildi - FOTOBu gün, 10:53Nazir: “Ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunmasıdır”Bu gün, 10:49Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Maltaya gedibBu gün, 10:10Cənubi Koreyada hərbi vəziyyət rejimi ləğv olunubBu gün, 10:09Ağır vəziyyətdə KTM-in reanimasiyasına qəbul edilən xəstə həyata qaytarılıb - FOTOBu gün, 09:55DİN: Ötən gün axtarışda olan 126 nəfər saxlanılıbBu gün, 09:43AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26“Azərbaycan Atabəyləri” tarixi bədii-sənədli filminin qalası olub - FOTOBu gün, 09:21Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:13Bakıda sıxlıq olan küçə və prospektlər açıqlandı - SİYAHIBu gün, 09:11OCCRP - jurnalistika pərdəsi altında ABŞ-nin təbliğat aləti03 / 12 / 2024, 21:34
Bütün xəbərlər