Prezident Türkiyənin milli təhsil nazirini və TBMM-in bir qrup üzvünü videokonfrans formatında qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Türkiyənin milli təhsil nazirini və TBMM-in bir qrup üzvünü videokonfrans formatında qəbul edib - YENİLƏNİB

13:16 - 01 / 02 / 2023
Prezident Türkiyənin milli təhsil nazirini və TBMM-in bir qrup üzvünü videokonfrans formatında qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Türkiyə Respublikasının milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü videokonfrans formatında qəbul edib.

1news.az xəbər verir ki, görüşün videokonfrans formatında keçirilməsinə səbəb Türkiyə nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.

Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı Mahmut Özerin və Türkiyə Böyük Millət Məclisinin bir qrup üzvünün ölkəmizə səfərinin önəminə toxundu və bu səfərin əlaqələrimizin daha da genişlənməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

Təhsil sahəsində əməkdaşlıqda böyük nailiyyətlərin əldə olunduğunu bildirən Prezident İlham Əliyev iki ölkənin dövlət başçılarının razılaşdırdığı kimi Azərbaycan-Türkiyə birgə universitetinin yaradılmasının böyük önəm daşıdığını dedi.

Mahmut Özer Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.

Mahmut Özer Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin binasında törədilən terror aktı zamanı mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun həlak olması ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verdi.

Dövlətimizin başçısı başsağlığına görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev səfirliyin digər mühafizə əməkdaşının qəhrəmanlığı nəticəsində terrorçunun zərərsizləşdirildiyini və bununla da silahlı şəxsin səfirliyin başqa əməkdaşlarına və onların ailə üzvlərinə hücumunun qarşısının alındığını vurğuladı. Dövlətimizin başçısı hazırda Azərbaycan tərəfindən bu terror aktının hərtərəfli şəkildə araşdırıldığını diqqətə çatdırdı. Prezident İlham Əliyev vurğuladı ki, həmin şəxsin səfirliyimizin binasında törətdiyi terror hadisəsi prosesinin xeyli vaxt çəkməsinə baxmayaraq, İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən hər hansı ciddi tədbir görülməyib.

İkinci Qarabağ müharibəsində Azərbaycanın Zəfəri münasibətilə bir daha təbriklərini çatdıran qonaq bildirdi ki, xalqlarımız ən çətin dövrlərdə həmişə bir-birinin yanında olub.

Təhsil sahəsində əlaqələrimizin son illərdə çox sürətlə inkişaf etdiyini deyən Mahmut Özer Türkiyənin bu sahədə ölkəmizlə təcrübəsini bölüşməkdən məmnunluq hissi keçirdiyini bildirdi.

Görüşdə Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən Zirvə toplantısında təşkilat yanında müşahidəçi statusunun alınması prosesində üzv dövlət kimi Azərbaycanın göstərdiyi dəstəyə görə minnətdarlıq ifadə olundu.

10:48

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Türkiyə Respublikasının milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü videokonfrans formatında qəbul edib.

1news.az xəbər verir ki, görüşün videokonfrans formatında keçirilməsinə səbəb Türkiyə nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.

Paylaş:
273

Son xəbərlər

Azərbaycanda meteorologiya sahəsində “Erkən Xəbərdarlıq Sistemi”nin təməli qoyulurBu gün, 11:40Xəzər rayonunda əl qumbarası aşkarlanıb - FOTOBu gün, 11:29Oqtay Əliyev “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaqBu gün, 11:19Mehriban Əliyeva Azərbaycan xalqını Ramazan ayının başlanması münasibətilə təbrik edib - FOTOBu gün, 10:49Daşkəsəndə narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb - FOTOBu gün, 10:36Bakıda 4 otaqlı ev yanıbBu gün, 10:11Azərbaycanı təmsilçilərinin “Avroviziya 2023”də çıxış edəcəyi nömrə bəlli olubBu gün, 09:46Yardımlıdan Bakıya külli miqdarda narkotik gətirmək istəyən şəxs saxlanıldı - FOTOBu gün, 09:36Ağcabədi sakinindən “Kalaşnikov” silahı aşkarlanıb - FOTOBu gün, 09:18Laçın-Xankəndi yolunda keçirilən aksiyanın 102-ci günü - FOTOBu gün, 08:58Azərbaycanda 11 ayın sultanı - Ramazan ayı başlayıb - TƏQVİMBu gün, 00:21Oqtay Əliyev yol qəzasında dünyasını dəyişib - FOTO22 / 03 / 2023, 19:25Zelenski Baxmutda ukraynalı hərbçilərlə görüşüb22 / 03 / 2023, 17:50Son sutkada Azərbaycanda vaksin vurulmayıb22 / 03 / 2023, 17:15Azərbaycanda 209 aktiv koronavirus xəstəsi var - STATİSTİKA22 / 03 / 2023, 17:07BQXK-nın altı avtomobili Xankəndiyə geri dönüb22 / 03 / 2023, 16:47İti avtomobilin arxasına bağlayaraq sürüyən şəxs məsuliyyətə cəlb edilib22 / 03 / 2023, 16:24Bakıda 3 otaqlı mənzildə yanğın olub22 / 03 / 2023, 15:38Allahşükür Paşazadə İƏT-in baş katibi ilə görüşüb22 / 03 / 2023, 15:09Bakıda yaşayış binasında yanğın olub - VİDEO22 / 03 / 2023, 14:49
Bütün xəbərlər

Next TV