Azərbaycan Prezidentinin tapşırığı ilə FHN-in çevik qüvvələri Türkiyəyə yola düşəcək | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Prezidentinin tapşırığı ilə FHN-in çevik qüvvələri Türkiyəyə yola düşəcək

09:58 - 06 / 02 / 2023
Azərbaycan Prezidentinin tapşırığı ilə FHN-in çevik qüvvələri Türkiyəyə yola düşəcək

Bu gün səhər saatlarında Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş ölkəyə yola düşməsi üçün hazırlıq işlərinə başlanılıb.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Əlavə məlumat veriləcək.

Paylaş:
419

Son xəbərlər

Bütün xəbərlər