Türkiyənin zəlzələ bölgəsindəki Azərbaycan vətəndaşları siyahıya alınır | 1news.az | Xəbərlər
Rəsmi

Türkiyənin zəlzələ bölgəsindəki Azərbaycan vətəndaşları siyahıya alınır

Aynurə Xudaverdiyeva16:22 - 07 / 02 / 2023
Türkiyənin zəlzələ bölgəsindəki Azərbaycan vətəndaşları siyahıya alınır

6 fevral 2023-cü il tarixində Türkiyə Respublikasının Kahramanmaraş vilayəti və ətraf vilayətlərdə baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikası qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirir.

XİN-dən 1news.az-a verilən xəbərə görə, zəlzələ bölgəsində həyata keçirilən axtarış xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) 420 nəfərlik xilasedici heyəti müvafiq avadanlıqlar və axtarış itləri ilə bərabər 6 fevral tarixində Türkiyəyə yola salınıb və artıq fəaliyyətə başlayıb.

Bundan əlavə, zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə FHN-nin zəruri tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı və 34 nəfər tibbi, 7 nəfər qeyri-tibbi olmaqla 41 nəfərlik heyəti artıq Türkiyəyə yola düşüb.

Prezident İlham Əliyevin göstərişinə əsasən, 10 nəfər hərbi həkim, 8 nəfər tibb bacısı olmaqla Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı da bu gün qardaş ölkədədir.

Zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilməsi və təxliyyəsinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində, İstanbul və Qars şəhərlərindəki Baş konsulluqlarında Operativ Qərargahlar çalışmaqdadır.

24 saat fəaliyyət göstərən və əməkdaşlar tərəfindən cavablandırılan qaynar xətlərə daxil olmuş vətəndaş müraciətlərinə və əldə edilmiş məlumatlara əsasən, Türkiyənin zəlzələ nəticəsində dağıntılara məruz qalmış vilayətlərində (Kahramanmaraş, Hatay, Adana, Malatya, Qaziantep, Adıyaman, Şanlıurfa, Kilis, Osmaniye, Diyarbakır, Elazığ və Mərsin) məskunlaşan və ya müvəqqəti burada olan Azərbaycan vətəndaşları siyahıya alınır. Azərbaycana təxliyyə edilmək arzusunda olan vətəndaşların bu məqsədlə ayrılmış avtobuslara yerləşdirilməsi təmin edilir. Əlverişsiz hava şərati ilə bağlı məhdudiyyətlərin təxliyyə prosesinə maneə yaratmaması üçün Türkiyə dövlət qurumları ilə bu məhdudiyyətlərin aradan qaldırılması istiqamətində danışıqlar aparılır.

Zəlzələ zamanı sənədləri itmiş və ya yararsız vəziyyətə düşmüş vətəndaşlarımız üçün sənədləşdirmə işləri Türkiyədəki Səfirlik və Baş konsulluqlarımız tərəfindən sadələşdirilmiş qaydada həyata keçirilir.

Bu gün saat 15:00-dan başlayaraq Türkiyənin Kahramanmaraş, Malatya, Qaziantep və Adana vilayətlərinin avtovağzallarından təxliyyə avtobusları Azərbaycana yola salınacaqdır. İlk mərhələdə, Türkiyədə təhsil alan tələbələrin və təcili köməyə ehtiyacı olan şəxslərin təxliyyəsi həyata keçiriləcəkdir.

Hazırda Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin və Səfirlik nəzdindəki Hərbi Attaşeliyin bir qrup əməkdaşı quru yolu ilə təxliyyə prosesinin həyata keçirilməsinin təmin edilməsi məqsədilə zəlzələdən zərər görmüş bölgələrə ezam olunub.

Təxliyyə edilmək arzusunda olan və yuxarıda qeyd edilən 10 vilayətdən birində məskunlaşmış Azərbaycan vətəndaşları +90 536 459 40 35, +90 536 471 55 68, +90 501 031 80 80, +90 552 627 92 94 və +90 532 254 19 33 nömrələri ilə əlaqə saxlaya bilərlər.

Paylaş:
230

Son xəbərlər

“Laçın yolunun son nöqtəsində Azərbaycanla Ermənistan arasında sərhəd-keçid və nəzarət məntəqəsinin yaradılması zəruridir”Bu gün, 18:22İlham Əliyev: Azərbaycan Brüssel prosesini dəstəkləyirBu gün, 17:58Şarl Mişel İlham Əliyevə zəng etdiBu gün, 17:55Azərbaycan XİN bəyanat yaydıBu gün, 17:51Şarl Mişel Aİ-nin Azərbaycanla Ermənistan arasında sülhə nail olmaqda kömək üçün güclü öhdəliyini təsdiqləyibBu gün, 17:49Cənubi azərbaycanlılar Brüsseldə aksiya edirBu gün, 17:36Azərbaycan MN: Müşahidə vasitələri ermənilərin qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərini qeydə alıbBu gün, 17:15Bu günə olan yoluxma və vaksin sayı açıqlanıbBu gün, 16:59Bakıda yaşayış binasında yanğın olubBu gün, 16:41Şarl Mişel və Nikol Paşinyan Cənubi Qafqazdakı son durumu müzakirə edibBu gün, 16:20Yazıçı-publisist Nemət Veysəlli vəfat edibBu gün, 16:01Ərdoğan və Putin Ukraynadakı durumu müzakirə edibBu gün, 15:35Rəsmi Bakı İrəvandan Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasına mane olmamağı tələb edibBu gün, 15:15Şarl Mişel Moldovaya səfər edirBu gün, 14:54Bakı metrosunda kişi qatar yoluna yıxılıbBu gün, 14:42ABŞ qırıcıları İranın hərbi bazalarına zərbələr endirdiBu gün, 14:23Hollivud ulduzu həbsdən azad edilibBu gün, 14:00Azərbaycan nefti ucuzlaşıbBu gün, 13:46Evlənmək üçün pərəstişkarı evinə gizlin daxil olduBu gün, 13:22Azərbaycan XİN Yunanıstanın Milli Gününü təbrik edibBu gün, 12:57
Bütün xəbərlər

Next TV