Prezident AHİK-in 30 illiyi ilə əlaqədar yığıncaq iştirakçılarına müraciət ünvanlayıb | 1news.az | Xəbərlər
Rəsmi

Prezident AHİK-in 30 illiyi ilə əlaqədar yığıncaq iştirakçılarına müraciət ünvanlayıb

16:25 - 07 / 02 / 2023
Prezident AHİK-in 30 illiyi ilə əlaqədar yığıncaq iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yaradılmasının 30 illiyi ilə əlaqədar yığıncaq iştirakçılarına müraciət ünvanlayıb.

1news.az xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli yığıncaq iştirakçıları!

Sizi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 30 illiyi ilə əlaqədar səmimi-qəlbdən salamlayır və təbrik edirəm.

1993-cü ildə yaradılmış Konfederasiya öz sıralarında çox sayda həmkarlar ittifaqı təşkilatını birləşdirərək bu gün ölkəmizdə vətəndaş cəmiyyətinin mühüm institutlarından birinə çevrilmişdir. Ötən müddət ərzində qurum həmkarlar ittifaqı hərəkatının ən yaxşı ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə çalışmış, sosial tərəfdaşlığın səmərəliliyinin artırılması üçün əməli işlər görmüşdür.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sıralarında yer alan bir milyondan çox ittifaq üzvünün əmək və sosial-iqtisadi hüquqlarının, qanuni mənafelərinin müdafiəsinin təşkilində, əmək münasibətlərinin tənzimlənməsində və ictimai sabitliyin qorunmasında əhəmiyyətli rol oynayır.

Konfederasiya 44 günlük Vətən müharibəsi zamanı, habelə bütün dünyanı bürümüş COVID-19 pandemiyası dövründə də dövlətimizin yanında olaraq ümumi işə dəstək vermişdir.

Müasir inkişafın reallıqları və bu günün çağırışları Azərbaycanda həmkarlar ittifaqlarının fəaliyyətində əsaslı dəyişikliklərin aparılmasını, dünya təcrübəsindən faydalanaraq işlərinin yenidən qurulmasını labüd edir. Bu mərhələdə həmkarlar ittifaqlarının hüquqlarının ölkə qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun olaraq təmin edilməsi və məhdudlaşdırılmaması ən vacib məsələlərdən biridir.

Eyni zamanda, ölkə iqtisadiyyatının sürətli inkişafı Azərbaycanın həmkarlar ittifaqlarından yeni yaradılmış iş yerlərində işçilərin əmək hüquqlarının qorunmasında və sosial problemlərinin həllində əzmkarlıq və qətiyyətli addımlar atmasını tələb edir. Dövlət orqanları və işəgötürənlər birlikləri bu sahədə Konfederasiya ilə sosial tərəfdaşlığı gücləndirməli və onunla imzalanmış Baş Kollektiv Sazişin yerinə yetirilməsini təmin etməlidirlər.

Hörmətli yığıncaq iştirakçıları!

İnanıram ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası dövlət orqanları və işəgötürən birlikləri ilə birgə işçilərin əmək və sosial-iqtisadi hüquqlarının qorunması, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması və cəmiyyətin ahəngdar inkişafı istiqamətində bundan sonra da səylər göstərəcəklər.

Sizi bir daha ürəkdən təbrik edir, fəaliyyətinizdə yeni-yeni uğurlar və nailiyyətlər arzulayıram".

APA

Paylaş:
194

Son xəbərlər

“Laçın yolunun son nöqtəsində Azərbaycanla Ermənistan arasında sərhəd-keçid və nəzarət məntəqəsinin yaradılması zəruridir”Bu gün, 18:22İlham Əliyev: Azərbaycan Brüssel prosesini dəstəkləyirBu gün, 17:58Şarl Mişel İlham Əliyevə zəng etdiBu gün, 17:55Azərbaycan XİN bəyanat yaydıBu gün, 17:51Şarl Mişel Aİ-nin Azərbaycanla Ermənistan arasında sülhə nail olmaqda kömək üçün güclü öhdəliyini təsdiqləyibBu gün, 17:49Cənubi azərbaycanlılar Brüsseldə aksiya edirBu gün, 17:36Azərbaycan MN: Müşahidə vasitələri ermənilərin qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərini qeydə alıbBu gün, 17:15Bu günə olan yoluxma və vaksin sayı açıqlanıbBu gün, 16:59Bakıda yaşayış binasında yanğın olubBu gün, 16:41Şarl Mişel və Nikol Paşinyan Cənubi Qafqazdakı son durumu müzakirə edibBu gün, 16:20Yazıçı-publisist Nemət Veysəlli vəfat edibBu gün, 16:01Ərdoğan və Putin Ukraynadakı durumu müzakirə edibBu gün, 15:35Rəsmi Bakı İrəvandan Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasına mane olmamağı tələb edibBu gün, 15:15Şarl Mişel Moldovaya səfər edirBu gün, 14:54Bakı metrosunda kişi qatar yoluna yıxılıbBu gün, 14:42ABŞ qırıcıları İranın hərbi bazalarına zərbələr endirdiBu gün, 14:23Hollivud ulduzu həbsdən azad edilibBu gün, 14:00Azərbaycan nefti ucuzlaşıbBu gün, 13:46Evlənmək üçün pərəstişkarı evinə gizlin daxil olduBu gün, 13:22Azərbaycan XİN Yunanıstanın Milli Gününü təbrik edibBu gün, 12:57
Bütün xəbərlər

Next TV